İsrail 104 fələstinli məhbusu azad etdi

İsrail Fələstin Muxtariyyatı ilə planlaşdırılan danışıqlar prosesinə etimad yaratmaq üçün 104 fələstinli məhbusu azad edib. Bu barədə məlumatı “The Jerusalem Post” yayıb.

AzNews.az xəbər verir ki, qərar hökumətin iyulun 28-də keçirilən iclasında qəbul edib. 13 nazir qərarın lehinə, 7 nəfər əleyhinə səs verib. 

Fələstin Muxtariyyatının nümayəndəsi Saib Erakat İsrail hökumətinin bu addımını alqışladığını bildirib: “Biz bunu mühüm addım hesab edirik. Amerika hökumətinin köməyi ilə gerçəkləşən bu imkandan istifadə olunacağına ümid edirik”. 

Qeyd edək ki, İsraillə Fələstian arasında danışıqlar bu yaxınlarda Amerikada başlayacaq. Dialoqun təşkilatçısı Amerikanın dövlət katibi Con Kerridir.