
Şimali Koreyada 100.000 nəfərin iştirakı ilə möhtəşəm bayram səhnəsi qurulub.
Şimali Koreya qələbə günü münasibəti ilə ölkədə bayram təşkil edib. 100.000 şəxsin iştirakı ilə böyük səhnədə müxtəlif rəsmlər qurulub. İnsanlardan ibarət bu cür rəsmlər əsasən rəhbər Kim İl Sund və ya Kim Cong ilin ad günlərində qurulur.

“Arirang” adlanan bu tamaşa adını Koreyanın milli mahnısından götürüb və 150.000 nəfərlik May Day stadionunda baş tutub. Bayramdan qabaq hər bir ifaçı öz gimnastik hərəkətlərinə görə xüsusi olaraq seçilirlər. Seçim prosesi üç-dörd ay davam edir.









