İran prezidenti Tehrandakı yeni Texnologiya Universitetinə başçılıq edəcək
İran prezidenti Mahmud Əhmədinejad səlahiyyətlərini başa çatdırdıqdan sonra Tehrandakı yeni Texnologiya Universitetinə başçılıq edəcək.
ANS PRESS İran mətbuatına istinadən bildirir ki, bu tədris müəssisəsinin işi informasiya texnologiyalarına, nanotexnologiyalara, aviakosmik və atom tədqiqatlarına yönələcək. Yeni universitetin açılması üçün artıq İslam Respublikasının Ali Mədəni İnqilab Şurasından icazə alınıb. Əhmədinejad öz prezidentlik səlahiyyətlərini avqustun 4-də təhvil verəcək və onun yerinə Həsən Ruhani keçəcək.
Mahmud Əhmədinejad Tehran Texnologiya və Elm Universitetini nəqliyyat mühəndisi ixtisası üzrə bitirib, 1997-ci ildə namizədlik dissertasiyası müdafiə edib.


