Rusiyanın İnquşetiya Muxtar Respublikasının başçısı ayağını sındırıb. ANS PRESS-in “BBC”yə istinadən verdiyi məlumata görə, Yunusbek Yevkurov paraşütlə tulanan zaman aşağı ətrafından xəsarət alıb. Orduda desantda xidmət etmiş Yevkurov 200 metr hündürlükdən tullanan zaman yaralanıb.
Yevkurovla birgə tulanan əməkdar idman ustası Denis Dobryakovun sözlərinə görə, ona qarşı əvvəl törədilən terror öz sözünü deyib. Belə ki, dövlət başçısnın bir ayağının əzələləri zəif olub.
Xəsarət alan Yevkurova tibbi yardım göstəriləndən sonra o, ayağı gipsdə alqış sədaları altında gülə-gülə meydana tamaşaçı kimi qayıtmalı olub.
Yevkurovun mətbuat xidmətinin rəhbəri aldığı zədənin ona sentyabrda keçiriləcək prezident seçkisində iştirakına mane olmayacağını deyib.