QOÇ
Sizi anlayan, daim güzəştə gedən insan qəflətən əks cəbhədə duracaq. Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa çalışın. Səmimi olsanız bu sizdə alınar. Mühüm görüşləri bu günlük təxirə salın.
BUĞA
Bu gün düşünülməmiş addımlar atmayın. Bəziləri sizi təbdən çıxarmağa çalışacaq. Yaşam tərinizdən narazılıq hisslərinə qapılmayın. Görüləsi işləri bir qədər azaldın, axşam saatlarında istirahət edin.
ƏKIZLƏR
Maliyyə işlərində sizi aldatmaq istəyən var. Bədxərclik etməyin. Hər gün eyni işi görməkdən bezəcəksiniz, yaşam tərzinizdən narazı qalacaqsınız. Yığılan gərginlik yorğunluq və stressə səbəb ola bilər.
XƏRÇƏNG
Gərgin gündür. Bu gün yeni işə başlamayın. Fiziki iş, idmanla məşğul olmaq olar. Ancaq ekstremal əyləncə seçməyin. Axşam saatlarında dostlarla görüşmək olar.
ŞIR
Yalan vədlər toruna düşməyin. Günün ikinci yarısında qəfil görüş istisna deyil. Axşam saatlarında problem yarana bilər. Gərginliyin artdığı, səbrin azaldığı situasiyalarda təmkinli olun.
QIZ
Həmkar və tanışlarla ünsiyyətdə həssas olun, əsəblərinizə hakim olun. Yaxşı bələd olmadığınız işə qatılmayın. Axşam saatlarında nabələd yerə yollanmaqda risk var.
TƏRƏZI
Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin. Ətrafınızdakı insanların istədikləri ilə hərəkət etməyin. Hər xırda məsələyə görə səbirsiz olmayın, hövsələsizlik etməyin. Maliyyə məsələlərində ehtiyatlı olun.
ƏQRƏB
Əlavə işə başlamaq olar. Axşam saatlarında istirahətə yollanın. Alış-veriş üçün uğurlu gündür. Sakitlikdən həzz ala biləcəyiniz bir gündür. Gələcəklə bağlı plan qurmazdan əvvəl nə istədiyinizi dəqiq müəyyənləşdirin.
OXATAN
Görüş, danışıqlar, hansısa mühüm mövzu ətrafında müzakirələr üçün uğurlu vaxtdır. Yaranan yeni imkanlardan istifadə edin. Rəqabət kəskinləşəcək. Günün ikinci yarısında yeni işə başlamayın.
OĞLAQ
Çətinliklər sizi yora bilər. Ruhdan düşməyin və tənbəl olmayın. Səhhətinizin də qeydinə qalın. Diqqətli olun ki, ətrafınızda baş verənləri qaçırmayasınız. Istirahətə vaxt ayırın.
DOLÇA
Təxribatlara uymayın, münaqişəyə qatılmayın. Bədxahlarınızdan biri planlarınızı pozmağa cəhd göstərəcək. Yaxşı olar ki, dedi-qodulara qatılmayasınız. Maliyyə məsələsinin həllini daha əlverişli vaxta təxirə salın.
BALIQLAR
Cari işlərlə məşğul olun. Səhhətinizə fikir verin. Bu gün və ya yaxın perspektivdə konkret nəticə verə biləcək işlərlə məşğul olun. Axşam saatlarında dostlarla görüşün. Şəxsi işlərinizlə, informasiya axtarışı ilə məşğul olun.