Hakimiyyət seçkiyə görə xarici vətəndaşların ölkədə qalmasını istəmir
Xarici vətəndaşlar kütləvi şəkildə Azərbaycandan çıxarılır. Bu qarşıdan gələn prezident seçkisi ilə əlaqədardır. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, yerli icra hakimiyyətləri, miqrasiya xidməti, DIN və MTN bu prosesə cəlb edilib. Onlara tapşırılıb ki, seçki kampaniyasına qədər bu məsələ həllini tapmalıdır. Məlumata görə, təkcə son 3 gündə 1000 nəfərə yaxın əcnəbi Azərbaycandan çıxarılıb.
Bildirilir ki, qarşıdan gələn prezident seçkisindən ciddi narahat olan hakimiyyət ölkədə olan əcnəbilərdən ehtiyat edir. Iqtidar ideoloqları düşünür ki, maraqlı qüvvələr onlardan istifadə edə bilər. Hakimiyyətin bu narahatçılığının əsaslı olub-olmadığını söyləmək çətindir. Amma fakt budur ki, əcnəbilərin ölkədən çıxarılması prosesinə start verilib.