Avropa azərbaycanlıları ilə İbrahimbəyovun görüşü

Demokratik Qüvvələrin Milli Şurasının sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Berlin və Brüsselə səfəri çərçivəsində Avropanın ictimai-siyasi dairələrində geniş görüşlər keçirib. Səfər qrafikinin qısa və planlaşdırılan görüşlərin çox olmasına baxmayaq, Rüstəm İbrahimbəyov Avropada yaşayan siyasi mühacirlərlə ünsiyyət qurmağa, onlarla görüşməyə də vaxt tapıb.
Belə görüşlərdən biri iyulun 25-də, günün sonunda Brusseldə Avropa Azərbaycanlılarının Milli Birlik Şurasının bir qrup məclis üzvü ilə baş tutub. Görüşdə AAMBŞ-nın məslis sədri Ataxan Əbilov, məclis üzvləri Telman Məcidoğlu və Əli Hacılı iştirak edib. Görüşdə Azərbaycanın hazırkı ictimai-siyasi durumu, prezident seçkilərinə hazırlıq, Milli Şurasının Avropada fəaliyyətinin təşkili məsələləri müzakirə edilib, fikir mübadiləsi aparılıb. Gürüşdən sonra Rüstəm İbrahimbəyov həmvətənlərin müşayəti ilə Brussel hava limanına gəlib, oradan Moskvaya qayıdıb.