Britaniya taxt-tacının yeni vəliəhdinin doğulması Böyük Britaniyanın iqtisadiyyatına 521 milyon funt sterlinq (təxminən 800 milyon dollar) gəlir gətirib. Bu gəlirin böyük qismi turistlərin hesabına əldə edilib. 319 milyon dollar ölkəyə ümumi marağın artması və istehlak tələbatının stimullaşdırılması hesabına yığılıb. Kembric şahzadəsinin dünyaya gəlməsi münasibətilə keçirilən bayram tədbirlərindən əldə olunan vəsait isə 134 milyon dollar olub.
Üzərində kral ailəsinin rəmzi olan suvenirlərin satışından 143 milyon dollar, içkilərin satışından 95 milyon dollar, kitablardan 61 milyon dollar, DVD disklərin və digər informasiya daşıyıcılarının satışından isə 55 milyon dollar əldə edilib.