“Yeni Azərbaycan” Kozlariçi hədəfə aldı

«Cənab eks-səfir, yaxud məntiqsiz adam, yaxud «səlib yürüşü cəngavəri» çalışdığınız institutda deyin ki, artıq müsəlman dünyası sizin demokratiya nəğmələrinizə əvvəlki heyranlıqla qulaq asmır»

“Riçard Kozlariç imperialist mərkəzlərin, islamofob dairələrin müsəlman şərqinə elan etdiyi yeni səlib yürüşünün ”cəngavər”lərindən biridir”. Bu sözlər “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ABŞ-ın Azərbaycandakı keçmiş Riçard Kozlariçin ölkəmizlə bağlı fikirlərinə cavab olaraq yazdığı məqalədədindir.

Kozlariç açıqlamasında ABŞ hökumətini Azərbaycanla bağlı da Misirdəki eyni mövqeyi tutmağa çağırmışdı. Görünür, keçmiş səfirin bu çağırışı Azərbaycan hakimiyyətini ciddi narahat edib. Bu baxımdan da “Yeni Azərbaycan”ın baş redaktoru dərhal Kozlariçi hədəfə alıb. Hikmət Babaoğlu daha sonra yazıb: “Riçard Kozlariç niyə Azərbaycan haqqında öz müsahibəsində qərəzli, məntiqsiz, ziddiyyətli, qeyri-obyektiv fikirlərə yol verir…

…Riçard Kozlariçin arzusu isə Azərbaycanı da Misir, Suriya, Liviya kimi görməkdir. Ancaq səfirin özü də etiraf edir ki, bu məsələdə pessimistdir… 

…Riçard Kozlariç bir də buna təəssüflənir ki, niyə onların planı Azərbaycanda ifşa olunur və bu təəssüfünü gizlətmədən açıq şəkildə qeyd edir ki, Azərbacanda gənclər həbs olunurlar…  

…Madam ki, keçmiş səfir Azərbaycan cəmiyyətinə mesaj vermək istəyir, biz də borclu qalmayıb ona belə bir mesaj göndərək: cənab eks-səfir, yaxud məntiqsiz adam, yaxud “səlib yürüşü cəngavəri” çalışdığınız institutda deyin ki, artıq müsəlman dünyası sizin demokratiya nəğmələrinizə əvvəlki heyranlıqla qulaq asmır, ona inanmır və sizə təşəkkür edirik ki, bu inamsızlığın formalaşmasında sizin kimi informatrlar öz planlarını ifşa edərək bizə yardımçı olurlar”.