Antikorrupsiya iclası baş tutmayıb
Martın 5-də “Azərittifaq” rəhbərliyi Kooperasiya Kollecində antikorrupsiya iclası keçirmək istəyib. Kollecin kollektivi iclasın gedişində “Azərittifaq” rəhbərliyini ittiham edərək toplantını tərk edib.
Onlar deyib ki, korrupsiya əleyhinə aparılan işləri dəstəkləyirlər. Lakin bir ay öncə kollektiv mülk olan Kollecin təsisçiliyinin 51 faizinin “Azərittifaq” rəhbəri Eldar Quliyevin, qalanının Idarə Heyətinin adına keçirilməsi qanunsuzdur və elə korrupsiyanın bir növüdür. Kollektivi toplantıya qaytarmaq mümkün olmayıb və sonradan Eldar Quliyev söz verib ki, Kollecin təsisçiliyinin dəyişdirilməsi ilə bağlı qərar ləğv ediləcək. Kollecdən aldığımız xəbərlərə görə, hələ də həmin qərar ləğv edilmədiyindən dünən kollektiv üzvləri ölkə başçısı Ilham Əliyevə işə qarışmaq xahişi ilə teleqramlar vurublar.
İnformasiya şöbəsi