QOÇ
Yeni və gözlənilməz informasiya alacaqsınız. Daxili gərginliyə yol verməyin. Səhhətinizə fikir verin. Axşam saatlarında gəzintiyə çıxın.
BUĞA
Emosiya və hisslərinizə hakim olun. Faydalı informasiyanın əldə olunması, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün addımları atın. Axşam saatlarında istirahət edin.
ƏKIZLƏR
Günün ilk yarısı məhsuldarlıq yüksək səviyyədə deyil. Alış-veriş üçün əlverişli zaman deyil. Emosiyalarınıza nəzarət edin. Səbrli və təmkinli olmalısınız.
XƏRÇƏNG
Işlər çoxdur və onları da mütləq yerinə yetirməlisiniz. Bu gün yeni işə başlamayın. Karyera ilə bağlı planlar reallaşmaya bilər. Bunun üçün bütün şanslardan yararlanın.
ŞIR
Yaxşı gəlir əldə etmək, peşəkar mövqeləri möhkəmləndirmək imkanları var. Məsrəflərə hazır olun. Alış-verişdə xəsislik etməyin. Mühüm işə hazırlıqsız başlamayın. Anlaşılmazlığı tezliklə aradan qaldırın.
QIZ
Problemlərinizi yaxınlarınızdan gizlətməyə çalışmayın. Sizi narahat edən məsələləri yaxınlarınızdan gizlətməyin. Istənilən halda həmin sirr faş olacaq. Romantik münasibətlər üçün yaxşı gün deyil. Mübahisə etməyin.
TƏRƏZI
Günün ortalarında narahatlıq yarada biləcək xəbər ala bilərsiniz. Işdə rəhbərliklə münaqişə və ya mübahisə istisna deyil. Rəhbərlik işinizdən narazıdır. Bütün neqativ emosiyaları işdə qoyun.
ƏQRƏB
Mənfi emosiyalar yaradan təmaslar və etibarınızı doğrultmamış insanlardan qurtulun. Axşam saatlarında münasibətləri aydınlaşdırmayın, ciddi müzakirəyə başlamayın. Əks tərəf sizi yanlış anlayacaq.
OXATAN
Gəlir vəd edən gündür. Səhhətinizə fikir verin. Təkbaşına çalışmayın. Günün ikinci yarısında birmənalı olmayan hadisələr yaşanacaq. Qəfil uduş, gəlir istisna deyil.
OĞLAQ
Bu gün istedadınızı nümayiş etdirin. Bədxahlar və rəqiblər sizə qarşı məkrli planlar hazırlayırlar. Bundan siz də xəbərdarsınız. Günün ikinci yarısı indiyədək sizi dəfələrlə tənqid etmiş insanlarla təmaslar zamanıdır.
DOLÇA
Mürəkkəb və qarışıq gündür. Işlər çoxdur, ancaq bir işi başa vurmamış başqasına keçməyin. Bu gün işlərinizdə yardımçı gərəkdir. Kömək məqsədlərinizin xeyrinədir. Əsas məsələlərin həllində qətiyyətli olun.
BALIQLAR
Təmkinli və səbrli olun, emosional hərəkətlər etməyin. Münaqişəli situasiyada kompromis imkanı varsa, faydalanın. Güzəştə getməyi bacarın, ancaq əsla geri çəkilməyin.