İkinci namizədin seçki blokunun elan edilməsinə imkan verilmədi
Ölkə başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevanın namizədliyini dəstəkləyən partiyalara təzyiqlər edilir.
Dünən Mehriban Əliyevanın namizədliyini dəstəkləmək məqsədilə yaradılan Yeni Islahat Seçki Bloku ictimaiyyətə elan edilməliydi. Bu məqsədlə Mehriban Əliyevanın namizədliyini dəstəkləyən partiyalar – Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP) və Azərbaycan Mübarizlər Partiyası (AMP) “TREND” Informasiya Agentliyinin mətbuat konfransları üçün nəzərdə tutulan zalında tədbir düzənləmişdi.Lakin tədbirin keçirilməûsinə imkan verilməyib. Bu barədə Vətəninfo.az-a AARP sədri Kamil Seyidov məlumat verib. Partiya sədrinin sözlərinə görə, onlara müəyyən bəhanələr gətirilərək tədbir keçirə bilməyəcəkləri bildirilib. “Burda mətbuat konfransı keçirmək üçün bir neçə gün öncə razılıq əldə etmişdik. Amma çox təəssüflər olsun ki, mətbuat konfransına gələn zaman bizə bildirdilər ki, guya zal təmirdədi. Sonra başqa bir bəhanə gətirdilər. Yəni, açıq şəkildə mətbuat konfransı keçirməyimiz əngəlləndi. Bunun başqa bir adı yoxdu. Ona görə mətbuat işçilərinə sizin vasitənizlə bildirirəm ki, yaxın günlərdə yeni bir yer müəyyənləşdirib sizlərə xəbər verəcəyik”.
Görünür, Mehriban Əliyevanın namizədliyinin əleyhinə olan hakimiyyət daxili qüvvələrin artıq səbr kasası dolub. Prosesin qarşısını almaq üçün əməli işə keçiblər. Yeri gəlmişkən, Mehriban Əliyevanın namizədliyini ilk irəli sürən Demokratik Azərbaycan Dünyası Partiyasından soraq yoxdur. Bu partiya Mehriban Əliyevaya Dəstək Komitəsi yaratmışdı. DADP-nin bir neçə həftə əvvəl keçirdiyi mətbuat konfransında sözügedən komitənin də tədbirinin keçirələcəyi bəyan edilmişdi.
Azad