Ramiz Mehdiyev Paşayevlərin planını pozub

Administrasiya rəhbəri Eldar Həsənovun yüksək posta gətirilməsinə necə mane olub?

Sabiq baş prokuror Eldar Həsənovun hakimyyətdə yüksək posta gətiriləcəyi barədə bir müddət əvvəl məlumat vermişdik. Onun səfir postundan istefa verməsinin kökündə bu məsələnin dayandıõı bildirmişdik.
Dünən bu məsələ ilə baõlı redaksiyamıza yeni məlumatlar daxil olub. Bildirilir ki, Eldar Həsənovun hakimiyyətdə yüksək postla gətirilməsi Paşayevlərin planı olub. Paşayevlər sabiq baş prokurora vəzifə verməklə Qarabaõ elektoratını nəzarətə götürməyi düşünüblər. Lakin təbii ki, Eldar Həsənovla baõlı müzakirələrdə onun təyinatının bütövlükdə hakimiyyət üçün fayda verəcəyi barədə arqumentlər irəli sürülüb. Məlumatda deyilir ki, Paşayevlər sabiq baş prokuroru Prezident Administrasiyasının rəhbəri vəzifəsinə gətirməyi düşünüblər.
Iqtidardakı “Naxçıvan” klanı, xüsusilə bu klanın Ramiz Mehdiyev qanadı Paşayevlərin əsl məqsədini anladıõından plan baş tutmayıb. “Naxçıvan” klanı Qarabaõ elektoratını nəzarətə götürmək üçün Eldar Həsənova alternativ irəli sürüb. Həmin şəxs baş nazirin müavini Əli Həsənovdur. Məlumatda deyilir ki, Əli Həsənovun YAP-ın sədr müavini təyin edilməsinin kökündə məhz bu məsələ dayanır. Əslində isə onun YAP-da yüksək posta gətirilməsi gündəmdə deyilmiş. “Naxçıvan” klanı əks-arqument irəli sürüb ki, bir halda ki söhbət Qarabaõ elektoratını nəzarətə götürməkdən gedir, o zaman Əli Həsənovun xidmətlərindən yararlanmaq daha məqbuldur. Baş nazirin müavini Cəbrayıl rayonunda anadan olub, qarabaõlılar arasında kifayət qədər nüfuzu var. Eyni zamanda hakimiyyətdə yüksək post tutur, baş nazirin müavini olmaqla yanaşı Qaçqınların və Məcburi Köçkünlərin Işi üzrə Dövlət Komitəsinin sədridir. Qarabaõ elektoratının əhəmiyyətli hissəsi məcburi köçkündür və Əli Həsənovun onlara təsir imkanları daha çoxdur. Beləliklə də Eldar Həsənovun yerinə Əli Həsənov irəli verilir. Bu yerdə qeyd edək ki, məlumatlara görə, baş nazirin müavini Ramiz Mehdiyevə yaxın şəxsdir. Lakin bu məsələ tam olaraq gündəmdən çıxmayıb. Paşayevlərin Eldar Həsənovu hansısa bir posta gətirmək cəhdlərinin davam etdiyi bildirilir.