İşdən çıxarılan qadın ARDNŞ-in (SOCAR) “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib. Virtualaz.org-un məlumatına görə, Şamama Həsənova adlı vətəndaş işə bərpa iddiası ilə Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Ş.Həsənovanın iddiasını təmin edib. Bakı Apelyasiya Məhkəməsi aktı qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.