Amerikalı ekspertdən Qafqazda inqilab proqnozu

“Ərəb inqilablarının Qafqazda da baş verməsi mümkündür”

 

Ərəb dünyasındakı son hadisələrlə bağlı “Azadlıq” radiosu Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Bülənt Əlirzanın mülahizələrini öyrənib.

 

– Bülent bəy, Tunisdə olaylar başlayanda çoxları bu hadisələrin başqa ölkələrə də yayılacağına inananmırdı. Hadisələrin gözlənilməz inkişafına səbəb nə oldu?

– Hələ bilnmir. Çünki ordakı problemlər – işsizlik, iqtisadiyatdakı bərabirsizliklər, gəlirlərin bərabər paylanmaması, sosial təbəqələşmə, çox sayda gənclərin ali təhsili olsa da iş tapa bilməməsi – daha əvvəl də var idi.

Tunisdə bir işsiz gəncin özünü yandırmasından sonra Ben Əlinin istefasına səbəb olan hadisələr internet və Əl-Jazzera vasitəsilə digər ərəb ölkələrindəki xalqaları da üsynalara sövq etdi. Necə bitəcəyi də hələ bəlli deyil.

– Üsyan olan ölkələrin demək olar hamısı xarici qüvvələri ittiham edir. Sizcə, kənar qüvvələrin əli varmı bu üsyanlarda?

– Xariclə bağlı ittihamlarlar hələ də davam edir. Amma, əslində, hər liderin öz xalqına baxması lazımdır. Narazılıqların çoxu ölkədə olan özbaşınalıqlar, iqtisadi bərabərsizliklər, adamların istəklərini təmin etmədikləri üçün yaranıb.
Amma, əgər kimsə içəridəki rahatsızlıqların səbəblərini özündə axtarmaq istəmirsə, xarici ittiham etmək ən klassik yoldur.

– Yaxşı, bəs bu üsyanlar ərəb dünyasından, Yaxın Şərqdən kənara da sıçraya bilərmi? İrana, post-sovet məkanına və s.

– Təkcə Yaxın Şərqdə yox, Yaxın Şərqdən kənarda da bu kimi olayların təkrarlanması gözləniləndir. Məsələn, Çin rəhbərliyində bir qorxu var ki, 1989-cu ildəki Tiananmen hadisələri yenidən təkrarlansın.

Çünki, əvvəl də dediyimiz kimi, internet, facebook, twitter və televiziya vasitəsilə bir ölkədə yaşananlardan dərhal digər ölkələrdə də xəbər tuturlar. “Onlar edirlərsə, biz niyə etməyək, axı onlarda olan problemlər bizdə də var?” deyə düşünürlər.

Və nə qədər sərt üsullara əl atılsa da bəzi narazılıqların dilə gətirməsinin, hətta insanların meydanlara çıxmasının qarşısını almağın çətin olduğunu görürük.

Ermənistandakı etirazlar daha öncə də var idi. Orada əvvəllər də adamlar demokratiya tələbi ilə, problemlərə etraz etmək üçün meydanlara çıxmışdı. Azərbaycanda belə etirazlar mövcud idi. Gürcüstanda olmuşdu.

Odur ki, indi baş verən olayların hansısa bir formada Qafqazda da baş verməsi mümkündür.