Şəhərdəki mədəniyyət parkında Azərbaycanın eks-dövlət başçısına heykəl qoyulması qadağan edildi
“Volqoqrad şəhərindəki Mərkəzi Istirahət və Mədəniyyət Parkında ”Bakı” kafesnini tikintisi və Heydər Əliyevə heykəl qoyulması qəti qadağandır. Ərazi “Mamay Kurqan” tarixi kompleksinə aid olduğundan bu ərazidə hər bir kənar tikinti yol verilməzdir”. Bu barədə Volqorad Vilayət Prokurlrluğunun rəsmi saytında bildirilib. Vilayət prokurorluğundan o da bildirilib ki, tikinti dərhal dayandırılmalı və tikilən hissələr sökülməli, ərazi əvvəlki vəziyətinə gətirilməlidir.
Xatırladaq ki, adıgedən parkda “Bakı” kafesinin tikilməsi və Heydər Əliyevin heykəlinin qoyulması iyunun əvvəllərində Volqoqradda keçirilən Rusiya-Azərbaycan əməkdaşlıq forumu vaxtı qoyulub. Şəhər Mədəniyyətinin Mühafizəsi naminə təşkilatı şəhərdə Bakı parkının yaradılmasının əleyhinə çıxıb.
Qurumun sədri Qalina Şipilovanın bildirdiyinə görə, “Bakı” parkının salındığı ərazi əfsanəvi “Mamay kurqan”ın ərazisində yerləşdiyindən orada hanısa parkın salınması yerli qanunlara tam ziddir. Şipilovanın dediyinə görə, yerli meriya bu qərarı verərəkən şəhər ictimaiyyəti və yerli mütəxəssislərin rəyini nəzərə almayıb.
Rusiya Federasiyası “Rosoxrankultura” Federal Komitəsinin Nijni-Volsk regionu üzrə təmsilçisi bildirib ki, bu qərar o qədər qeyri-qanunidir ki, hətta yerli prokurorluğun da diqqətini cəlb edib. Xanım Şipilovanın bildirdiyinə görə, xarici dövlətin prezidentinin və paytaxtının adının “Mamay kurqan”da harasa qoyulması və əbədiləşdirilməsi qanunlara ziddir. Şipilova şəhər ictimaiyyətini bu tikintiyə qarşı çıxmağa və ona etiraz etməyə çağırıb.
Onu da qeyd edək ki, Azərbaycan tərəfi həmin tikintilərə külli-miqdarda pul ayırmışıdı.