“Xəzər-Lənkəran” və “İnter” isə məğlub oldu
İyulun 18-də futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində təmsilçimiz “İnter” səfərdə “Tromse”nin qonağı olub. Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Topları Zdenek Ondraşek (43) və Maqnus Andersen (63) vurublar.
Bu turnirdəki digər təmsilçimiz «Xəzər-Lənkəran» klubu səfərdə İsrailin «Makkabi» (Hayfa) klubu ilə görüşüb. Bu oyun da meydan sahiblərinin xeyrinə başa çatıb – 2:0. Topları Ezra (37) və Turgeman (55) vurublar.
Digər təmsilçimiz “Qarabağ” ilk görüşünü evdə keçirib. Qurban Qurbanovun yetirmələrinin rəqibi Polşanın “Pyast” klubu olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçən oyun 2:1 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb. Oyunda ilk topu qonaqlardan Marçin Robak (19) vurub. 40-cı dəqiqədə Almeyda hesabı bərabərləşdirib. 83-cü dəqiqədə isə Reynaldo «Qarabağ»ı irəli çıxarıb. Cavab görüşü bir həftədən sonra keçiriləcək.