
Avropa Azərbaycanlıları Milli Birlik Şurası AXC(P)-nin 24 illiyi ilə əlaqədar partiyanın sədri Əli Kərimliyə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli Cənab Əli Kərimli.
Sizi və sizin simanızda bütün AXCP üzvlərini partiyanızın 24 illiyi münasibətilə təbrik edirik.
1989-cu ildə rəsmi dövlət qeydiyyatına alınan AXC Azərbaycanın müstəqillik, azadlıq və demokratiya uğrunda mübarizə tarixinin simvoludur. Bu unikal hərəkat Azərbaycan tarixində yeganə təşkilatdır ki, bütün insanları vahid məqsədlər və müqəddəs amallar uğrunda bir cəbhədə birləşdirməyə nail olmuşdur.
Məhz, AXC müstəqil dövlətimizin yaradıcısı olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda sıralarından yüzlərlə şəhid vermişdir.
Bu gün AXC nin hüquqi və mənəvi varisi olan AXCP bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. İndi də, təsadüfi deyil ki, AXCP ölkədə demokratiya və insan haqları uğrunda mübarizənin önündə gedir. Bu müqəddəs amallar uğrunda mübarizədə sizinlə bir sırada olduğumuzu bəyan edirik.
Bir daha AXC-nin yaranması münasibətilə hər birinizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edirik.
Hörmətlə,
Avropa Azərbaycanlıları Milli Birlik Şurası adından
Qabil Rzayev “


