Bakıda parkda dəhşətli mənzərə

Bakının Suraxanı rayonunda yerləşən parkda baş verən hadisə ətrafdakı insanları şoka salıb. “Milli.az”ın verdiyi məlumata görə, Qaraçuxur qəsəbəsində yerləşən veteranlar parkında istirahət edən sakinlər ağacdan asılmış kişi meyiti görüblər. Hadisə dünən axşam saatlarında bş verib.
Təxminən 30 yaşında olan kişi ağacdan asılmış vəziyyətdə aşkarlanıb. Onun nə vaxt və hansı səbəbdən özünü asması məlum deyil. O, parkın ortasında tut ağacında boğazına ip keçirərək həyatına qəsd edib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları gəlib.