Bakıda keçirilməli olan bütün beynəlxalq sərgilər prezident seçkisindən sonrayadək təxirə salınıb
Bakıda keçirilməsi nəzərdə tutulan bütün iri sərgilər təxirə salınıb. Hətta Azərbaycan üçün həyati əhəmiyyətə malik energetika sahəsində planlaşdırılan beynəlxalq sərgi belə ertələnib.
Bu barədə “Ekspo” Beynəlxalq Sərgi Mərəzindəki mənbədən məlumat daxil olub.
Mənbənin dediyinə görə, təkcə iyul-sentyabr aylarında rabitə, energetika, tikinti, tibb, habelə turizm sahəsində bir neçə sərgi planlaşdırılıbmış. Bu sərgilər zamanı həm dövlət müəssisələri, həm də özəl sektora aid iri şirkətlərlə əhəmiyyətli müqavilələr imzalanmalyımış. Amma bütün bunlan təxirə salınıb.
Mənbənin dediyinə görə, oktyabrın 31-dək iri miqyaslı beynəlxalq sərgilərin hamısı noyabr və dekabr aylarına, elələri də var ki, ümumiyyətlə 2014-cü ilə keçirilib.
Mənbənin məlumatına görə, bütün bunlara qarşıdakı prezident seçkiləri və bu situasiyadakı qeyri-müəyyənliklə bağlıdır.


