Rəsul Quliyevdən ilginc açıqlama

Hakimiyyət Putinin ətrafına Milli Şuranı pisləyib

Demokratik Qüvvələrin Milli Şurasının üzvü, mühacirətdə olan eks-spiker Rəsul Quliyev maraqlı məlumatla çıxış edib. “Modern.az” saytının yazdığına görə R.Quliyev deyib ki, hakimiyyət nümayəndələri Putinin yaxın çevrəsinə Milli Şuranı pisləyiblər.
“Milli Şuranın Rusiyanın proyekti olduğunu iddia edən hakimiyyət rəsmiləri öz məramnaməsini Rusiyaya çoxdan göndərib. Putinə zəng edə bilməsələr də, ətrafında olan insanlara zəng edib bildiriblər ki, Milli Şura Rusiyanın əleyhinə yaradılıb. Deyiblər ki, bu qurumu Amerika və Qərb yaradıb. Rusiyaya bizi pisləyirlər ki, bunlar hakimiyyətə gəlsələr Qərb ölkələrinə tərəf gedəcəklər” – deyə R.Quliyev qeyd edib.