Mübariz Mənsimovun xanımı ilə fotosu yayıldı

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun sosial şəbəkədə həyat yoldaşı Tamara xanımla fotosu yayılıb.
“Axşam.az”ın məlumatına görə, Tamara Mənsimova Türkiyədə cazibədar və zövqlü xanımlarından biri hesab edilir. O, Türkiyə mətbuatının diqqətini ziyafətlərdə geyindiyi paltarlar və şarmı ilə çəkir.
Eyni zamanda iş adamının həyat yoldaşı Türkiyədə bir sıra fondlara etdiyi yardımla da gündəmə gəlir.
Mübariz və Tamara Mənsimovların bir oğlu, iki qızı var.