«O, insanlar «xalq artisti» adından məhrum edilməlidir»
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov son vaxtlar xalq artistlərilə bağlı böyüyən qalmaqallara münasibət bildirib. O həmçinin bu qalmaqalda adı hallanan deputat həmkarı Çingiz Qənizadəyə dəstək verib.
“Çingiz Qənizadənin tələbi bu oldu ki, Azərbaycan qadınlarına yaraşmayan bu hərəkətlərə son qoyulsun. Bəli, o insanlar özlərini görmür, bir-birlərinin mənəviyyatımıza zidd olan ədəbsiz şəkillərini yayırlar. Çünki bu cəmiyyətin dəyərlərinə hörmət etmirlər. Mən hesab edirəm ki, Azərbaycanın xalq artisti adını daşıyan o insanlar bu şərəfli adı qoruya bilmədikləri üçün bu fəxri adlardan məhrum edilməlidir. Bu bir dərs olmalıdır ki, müğənniyə ”xalq artisti” adı yalnız səsə və boğaza görə verilmir, həm də mənəviyyata görə verilir. Mən mənəviyyatımız naminə Çingiz Qənizadənin bu çıxışını qiymətləndirirəm və ona qarşı olunan bu şantaj və hədələri pisləyirəm”, – deyə Bəxtiyar Sadıqov “publika.az”a açıqlamasında bildirib.


