Bu gün Demokratik Qüvvələrin Milli Şurasının üzvləri Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov və Əvəz Temirxan Azərbaycanda səfərdə olan ABŞ Helsinki Komissiyası nümayəndə heyətinin üzvləri görüşüblər. Nümayəndə heyətinin tərkibinə senatorlar Rocer Uiker və Maykl Krappo, konqresmenlər Kristofer Smit, Robert Aderfolt, Dok Xastinqs daxildir. Qeyd edək ki, heyətə senator Rocer Uiker və Kristofer Smit rəhbərlik edir.
Görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi durum və qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Şura sədrinin aparat rəhbəri Eldar Namazovun verdiyi məlumata görə, qurumun qəbul etdiyi sənədlər paketini konqressmenlərin diqqətinə çatdırıblar. Sənədlər paketinə – Milli Şuranın təsis bəyanaməsi, təşkilatın dünya ictimaiyyətinə müraciəti, “vahid namizədin öhdəlikləri haqqında memorandum” və İlham Əliyevin 3-cü dəfə namizədliyi ilə” bağlı dövlət orqanlarına edilən müraciət daxil olub. Eyni zamanda Milli Şuranın strukturu və gələcək fəaliyyəti ilə bağlı Helsinki Komissiyasının üzblərinə məlumat verilib.