Hüseyn Abdullayev İlham Əliyevə nə deyib?

Sabiq deputatı hədəfə gətirən səbəb “Azadlıq”da

Sabiq deputat Hüseyn Abdullayev hakimiyyətin təqib etdiyi adamlar siyahısına düşdü. O, bir neçə il əvvəl parlamentdə hökumətin hesabatını yarıtmaz saydığı üçün Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının simasında təşkil edilən təxribatla üzləşmişdi. Nəyə görə, məhz, “təşkil edilən?” Ona görə ki, Hüseyn Abdullayevin parlamentdə hansı çıxışı edəcəyi hakimiyyət dəhlizlərində hər kəsə belli idi. Hətta Ilham Əliyevin özünə də.
Etibarlı mənbənin “Azadlıq”a verdiyi məlumata əsasən həmin məşhur çıxışdan əvvəl Hüseyn Abdullayəvlə Ilham Əliyev arasında iki saatlıq söhbət olub. Söhbət zamanı Hüseyn Abdullayev Ilham Əliyevi inandırmağa çalışıb ki, ölkədə vəziyyət həqiqətən də pisdir, daha pis ola bilər və onun güvəndiyi oliqarx nazirlər xalqla hökumət arasında dəhşətli qarşıdurma yaratmaq üçün lazım olan her şeyi edirlər. Ilham Əliyevin reaksiyası isə sabiq deputatı şoka salıb. Prezident bildirib ki, o, həmin adamlardan imtina edə bilməz, çünki qurulmuş sistem onların varlığını zəruri edir. Bundan sonra Hüseyn Abdullayev parlamentdə çıxış edərək hökuməti yerden- yerə vurmağın vacibliyi qənaetini daha da möhkəmləndirib. Və Ilham Əliyevin qəzəbinə düçar olub.
Ötən müddət ərzinde Hüseyn Abdullayev nəinki mövqeyindən geri çekilməyib, üstəlik onun baxışları daha da radikallaşaraq “Susma!” marşında ifadə olunacaq hala qədər irəliləyib. Indi Azərbaycan hökuməti onu sıradan çıxarmaq üçün əlinden gələn hər şeyi etməyə hazırdır.