Gücümüz birliyimizdədir!

Bəs birliyə qarşı gedənlər gücü hardan alır?

Hakimiyyət bütün arsenalını işə salıb, əsas hədəf Milli Şuradır. Sağdan, soldan, uzaqdan, yaxından atəşlər yağdırılır. Məqsəd bu təşkilatı xalqın gözündən salmaq, onu kənar qüvvələrinAzərbaycana düşmən güclərin yaratdığını beyinlərə yeritmək, çoxdan arzulanan yeni birliyi nəyin bahasına olursaolsun pozmaqdır.

Siyavuş Hovruzovlar, Əli Əhmədovlar, Mübariz Qurbanlılar  bu tip yapçıların dedikləri, danışdıqları istənilən effekti vermir. İllərdir bu adamlar eyni zurnanı çalır, eyni havaya oynayırlar. Keçmir, üstəlik, xalqın etimadını çoxdan itirmiş bu hakimiyyətin, orada təmsil olunanların sözühətta o sözdə iynənin ucu boyda həqiqət olsa belə ironiya ilə, nifrətlə qarşılanır. Etimad limiti çoxdan bitib. Hər gün, daha doğrusu 20 ildir eyni yalanlar eyni ekranlardan evlərə soxulur, əxlaqı zədələyir, adamların zövqünü korlayır, gələcəyə ümidini qırır.

Milli Şura ideyası ortaya atılanda onu nağıl hesab elədilər, müxalifətin birləşməsinin yuxu olduğunu dedilər. Ancaq ideya gerçəkləşəndə teztələsik YAPın qurultayını çağırdılar, baxmayaraq ki, həmin yığıncağın keçirilməsi avqust ayına planlaşdırılırdı. Qurultay keçirib namizədlərini müəyyənləşdirdilər, “yenə həmin dalğa, həmin koordinat“. Ancaq bukoordinatartıq keçərli deyil, o, deşifrə olunub. Borrozo ilə görüş  bunun həqiqət olduğunu təsdiqlədi. Görüşdən dərhal sonra DADP prezidentliyə Mehriban Əliyevanın namizədliyini irəli sürdü. Əslində bu namizədlik dolayısıyla YAPın qurultayında da özünü göstərmişdi. M.Əliyevanın YAP sədrinin müavini postuna irəli çəkilməsi narahatlığın əlamətiydi. Dünyanın 3- prezidentliyi qəbul etməyəcəyinin qorxusuydu

Milli Şura vahid namizəd məsələsinə addımaddım yaxınlaşır. Yol çətinliklə keçilir. Əslində bu çətinliyi normal da saymaq olar. Uzun illər birbirini qəbul etməyən, birincilik uğrunda mübarizə aparan adamların bir yerə toplaşması asan başa gəlməməlidir. Üstəlik, axı daxildə  hakimiyyətin əlinə oynayanlar az deyil. Onlar zamanzaman, məqamı gələndə, iqtidar üçün kritik an yaşananda həmişə üzə çıxıblar, müxalifətin birliyinə zərbə vurmağı bacarıblar. Bu gün  həmin situasiyadır. Hakimiyyət çətin günlər yaşayır, bəlkə  indiyə qədər olmayan çətin günlər

Qabaqcadan bəlli idi ki, iyulun əvvəllərində Milli Şura mühüm qərarlar verəcək, vahid namizədi müəyyənləşdirəcək. Həssas məqamdır, birlik, həm  bu hakimiyyətdən qurtarmaq istəyən hər kəs bu məqamada çox məsuliyyətli olmalı, ümumi işə xələl gətirəcək, onu zədələyəcək addımlardan çəkinməlidir. Ancaq əksini görürük.

AXP sədri Pənah Hüseyn bugünlərdə müsahibə verib Milli Şura ilə bağlı fikirlərini bölüşüb. Vahid namizədin müəyyənləşdiyi ərəfədə bu müsahibənin məqsədi nədir? İllərlə bir yerdə yol getdiyi adamlarıRusiyanın proyektində iştirakda ittiham etməyi, açığı, Pənah bəyə yaraşdırmadım. Pənah bəyin rejissorluq etdiyi, yaxud ssenari müəlliflərindən biri olduğu proyekt bizə Heydər Əliyevibəxşelədi. 20 ildir bu tamaşada bütün millətin rol almasına çalışırlar. Yaxşı ki, hələ buna nail ola bilməyiblər

İndi  Pənah bəyin müsahibəsi ətrafında ajiotaj yaradırlar, guya bu gün gündəmin mövzusu bu müsahibədir. Məqsəd, açıqaşkar həqiqi gündəmi dəyişmək, “donqiligündəm formalaşdırmaqdır

 

Bu gün mühüm qərarların veriləcəyi gözlənilir, çoxlarının diqqət kəsildiyi, gözlədiyi, arzuladığı, həsrətində olduğu qərarlar. Milləti bir yola çıxaracaq qərarlar. Xeyirli, uğurlu olsun!