Bu gün saat 14 radələrində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov Lənkəran rayon məhkəməsinə gətirilib. Müsavatçı Elman Fəttahın verdiyi xəbərə görə, məhkəmə prosesi saat 14:00-da başlayıb. Lənkərandan verilən xəbərə görə, məhkəmə Yadigar Sadıqov barədə 2 aylıq həbs qətimkan tədbiri seçib.
Xatıqladaq ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. Kərimov bildirir ki, iyunun 25-də Sadıqlı onu döyüb. Kərimovun müraciəti KİV-də yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb. Amma iyunun 26-da Sadıqlı ona qarşı fitnəkarlıq edildiyi və həbsinə hazırlıq getdiyi barədə məlumat verib. Y.Sadıqovun saxlanmasından keçən 48 saat bu gün saat 13.00-da başa çatıb.





