Günün ulduz falı (29.06.2013)

QOÇ

Asan, yüngül və uğurlu gündür. Gün yeni tanışlıq üçün münasibdir. Ilk dəfə gördüyünüz adamların rəğbətini qazanmaq asan olacaq.  Cəsarət tələb edən planlarınızı reallaşdırmaq da çətin olmayacaq.

BUĞA

Həm ətrafdakılar, həm də özünüz üçün yaxşı əməllərə imza atacaqsınız. Bu gün fantaziya tələb edən işləri reallaşdırmaq olar. Günün ikinci yarısı romantik görüş üçün əlverişlidir.

ƏKIZLƏR

Narahat gündür. Baş verənlər sizi həyəcanlanmağa vadar edəcək. Dar gündə sizə dayaq duracaq qadın var. Ondan yaxşı məsləhət və real yardım alacaqsınız. Bütün ev işlərini bu günə saxlamayın, çünki iş sizə yorucu görünəcək. 

XƏRÇƏNG

Emosionla baxımdan gərgin olacaqsınız. Bu səbəbdən gün asan olmayacaq. Öz işlərinizi unudaraq başqasının işlərində səliqə-səhman yaradacaqsınız. Günün ikinci yarısını özünüzə həsr edin.

ŞIR

Ehtiyatlı olmaq lazımdır. Situasiya nəzarətdən çıxacaq. Qadınlarla dil tapmaq çətin olacaq. Maliyyə çətinliklərini həll edəcəksiniz. Günün ikinci yarısında uğurlu alış-veriş, ya da gəlir gözlənilir.

QIZ

Günün birinci yarısı gündəlik işlərin həlli üçün əlverişlidir. Uzaqdan xoş xəbər eşidəcəksiniz. Ehtimal ki, köhnə dost, yaxud da xaricdə yaşayan şəxs gələcək. Günün ikici yarısını mədəni əyləncəyə həsr edin.

TƏRƏZI

Çoxdan bəri dil tapa bilmədiyiniz kəslərlə ünsiyyətdə olmaq asanlaşacaq. Qohumlarla aranızdaki fikir ayrılığına son qoyacaqsınız. Xüsusilə şou-biznes və ya incəsənət aləmində olan mənsublar üçün uğurlu gündür.

ƏQRƏB

Verdiyiniz qərarlar doğru olacaq. Ancaq təəssüf ki, bu addımı atmağa məcbur olduğunuzu hamıya başa sala bilməyəcəksiniz. Ailədə fikir ayrılığı olacaq. Gözlənilməz təklif alacağınız ehtimalı böyükdür.

OXATAN

Günün başlanğıcından maksimal dərəcədə əlverişli istifadə etməyə çalışın. Çünki pozitiv tendensiya getdikcə sönəcək. Kənar şəxslərin şəxsi məsələlərinizə, xüsusilə də sevgilinizlə aranızdakı münasibətlərə müdaxilə etməyinə imkan verməyin.

OĞLAQ

Asan gün deyil. Pis təsir altına düşmək riski var. Qadınlarla, eyni zamanda yaşlı qohumlarla aranızda fikir ayrılığı olacaq. Bu, mübahisə, ya da konfliktlə ilə nəticələnəcək. Səmimi olun ki, çətinliklərin öhdəsindən gələ biləsiniz.

DOLÇA

Vacib işlərin həlli üçün əlverişli gündür. Eyni zamanda konfrans, seminar və yaxud da digər tədbirlərdə iştirak etmək olar. Istənilən səfəriniz uğurlu alınacaq. Yer dəyişikliyi xeyrinizə olacaq. 

BALIQLAR

Özünə inam və nikbinliyiniz qarşınıza qoyduğunuz məqsədə çatmağa köməkçi olacaq. Ümumilikdə gün uğur gətirəcək. Iş yerinin dəyişmək, yaxud da yeni gəlir mənbəyinin axtarışına çıxmaq barədə düşünməyə dəyər.