UEFA “Fənərbaxça”nı da cəzalandırdı

UEFA Nizam-İntizam Komitəsi “Beşiktaş”ın ardından “Fənərbaxça” ilə də bağlı son qərarını verib. Ali futbol qurumu İstanbulun digər klubunu da avrokubok oyunlarından uzaqlaşdırıb. Belə ki, Nizam-İntizam Komitəsi “qara qartallar”ı 1 il müddətinə cəzalandırmışdırsa, “Fənərbaxça”ya daha çox “2+1” sxemi ilə avrokubok oyunlarından kənarlaşdırıb. Bununla bağlı “sarı bülbüllər” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. CAS etirazları araşdırdıqdan sonra ən gec iyulun 15-nə qədər qərar verəcək. Qeyd edək ki, daha əvvəl UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra “Fənərbaxça” və “Beşiktaş”la bağlı dosyeləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi. UEFA müfəttişi Migel Palasios “Fənər”in növbəti 2 mövsüm Avropa Kuboklarında uzaqlaşdırmasını, klub prezidenti Əziz İldırım, Şekip Mosturoğlu, İlhan Ekşioğlu, Əli Yıldırım və Cəmil Turanın isə cəzalanmasını tələb etmişdi. (apasport.az)