Telman İsmayılov Mübariz Mənsimovun adasında (FOTOLAR)

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” şirkətinin nəzdində fəaliyyət göstərən “Palmarina” əyləncə adası yay mövsümünün açılışını edib. “Hurriyet.com”un verdiyi məlumata görə, məşhur türk müğənnisi Ajda Pekan və rusiyalı ifaçı Nikolay Baskovun mahnıları ilə rəng qatdığı açılışa “Mardan Palace”ın sahibi, həmyerlimiz Telman İsmayılov və “Avatar” filmində baş rol ifaçısı Zoe Saldana da qatılıb. Təntənəli açılış mərasimindən sonra “Billionaire Club”da davam edən əyləncə gecə yarıyadək davam edib.

Telman İsmayılov

“Avatar” filminin baş rol ifaçısı Zoe Saldana

Aydın Ayaydın, Aydın Doğan, Mübariz Mənsimov

Ferit Şahenk- Mübariz Mənsimov