Hafiz Məmmədovun 1 milyarddan çox pulu var

Fransa mətbuatı “Bakı” prezidentinin planlarından yazdı

“Lans” klubunun yaxın vaxtlarda azərbaycanlı iş adamı, “Bakı”nın prezidenti Hafiz Məmmədovun  nəzarətinə keçəcəyi dəqiqləşib. Bu barədə Fransanın lensois.сom portalı xəbər yayıb.  Portalın yazdığına görə, gələn ayın, yəni iyulun əvvəlindən «Lans» klubu bütünlüklə Hafiz Məmmədovun mülkiyyətinə keçəcək.
Portal bir maraqlı məqama da toxunub. Sən demə, Hafiz Məmmədov İngiltərə çempionatında bəzi klublarla maraqlanır. Onun Dumanlı Albiondan da hansısa klubu alacağı gözlənilir.
Lensios.com Fransanın dünyaca ünlü “Ekip” jurnalına istinadən maraqlı bir məqama da aydınlıq gətirir.
“Ekip”in yazdığına görə, “Baglan Qrup”un prezidentinin varidatı bir milyard avrodan çoxdur. Jurnal Hafiz Məmmədovu neft və qaz, habelə nəqliyyat sektorunda fəaliyyət göstərən uğurlu iş adamı kimi də təqdim edib (musavat.com).