Baharlı soyadının ilk daşıyıcısı

Əlişəkər bəy Baharlı

Azərbaycanda qədim türk tayfalarından biri olan Baharlılar soyundan bir çox tarixi şəxsiyyətlər çıxmışdır. Baharlılar orta əsrlərdə oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır. “Baharlı” etnik termininə ilk dəfə XV yüzilə aid qaynaqlara təsadüf edilir. Vladimir Minorski qeyd edir ki, Barani (və ya Baranlı) digər bir adının Baharlı olduğu və Iva boyundanÿayrılmış, Qaraqoyunlu tayfa ittifaqına daxil olan oymaqdır. C.Malkolma görə, “Əmir Teymur tərəfindən Suriyadan Fars əyalətinə gətirilmiş” əslən Şamlıların bir qoludur.

Baharlılar Qaraqoyunlu tayfa ittifaqında hakim mövqe tutmuşdular. Qaraqoyunluların süqutundan sonra baharlılarÿ Ağqoyunlularaÿ tabe olmaq istəməyərək Xorasana gedib, teymurlulara sığınmışdırlar.ÿUzun Həsəninÿ ölümündən sonra (1478) onların Qaraqoyunlu dövlətini bərpa etmək təşəbbüsü nəticə vermədi. Baharlıların bir hissəsi Babura qoşularaqÿ Hindistanaÿ getmiş, orada Qütbşahlılar dövlətini yaratmışdılar, digər qismi isə Xorasanda qalıb,ÿ Səfəvilər ÿdövlətindəÿ Iranÿ və ÿAzərbaycanın siyasi həyatında fəaliyyət gətirmişdilər. XVI yüzilin axırlarında baharlılar şahsevənlərə qoşulmuşdular.ÿ 

Bu soyun ilk nümayəndəsi XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı olmuşdur ki, Baharlı soyadı da ondan başlayaraq davam etmişdir.

Əlişəkər bəy BaharlıÿQaraqoyunlu dövlətininÿməşhur hökmdarı, şair ÿCahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Borucerd və Nəhavənd hakimi olmuşdur. O, 1457-ci ildə Mardin döyüşündə Ağqoyunlu hökmdarı Uzun Həsənə əsir düşmüş, bir müddət həbsxana həyatı yaşamışdır. Yaxın qohumu Cahanşahın köməyi ilə əsirlikdən azad edilən Əlişəkər bəy yenidən Həmədan hakimi olmuşdur. Farüq Sumər Əlişəkər bəyi Baharlı tayfasının böyük əmirlərindən saymışdır.ÿ

Yazılı mənbələrdə Əlişəkər bəyin ailəsi ilə bağlı fərqli məlumatlara rast gəlinir. Belə ki, orta əsrlərə aid mənbələrdə Əlişəkər bəyin üç oğlu və iki qızı olması qeyd olunsa da, Pirəli bəy, Yarəli bəy, Bayram bəy adlı üç oğlunun, Paşa Bəyim adlı bir qızının adı çəkilir. 

Baharlının övladları

Eyni zamanda, Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” adlı əsərinə görə Əlişəkər bəyin iki qızı ilə Qaraqoyunlu hökmdarı Cahanşahın Mirzə Məhəmmədi və Mirzə Yusif adlı oğlanları ailə qurmuşlar.

Yazılı mənbələrdə göstərilir ki, onun qızı Paşa Bəyim əvvəlcə Qaraqoyunlu hökmdarı Cahanşahın oğlu Mirzə Məhəmmədi ilə ailə qurmuş, bu nikahdan Ibrahim bəy adlı oğlu dünyaya gəlmişdir. O, ikinci dəfə Teymuri Sultan Mahmud Mirzə ilə evlənmiş, 3 qızı, bir oğlu olmuşdur. Sultan Mahmud Mirzənin oğlu Səmərqənd, Buxara, Hisar hakimi Baysunqur Mirzə Əlişəkər bəy Baharlının qız nəvəsi, Paşa Bəyimin oğludur. Paşa Bəyimin qızı Salihə Sultan Bəyim Böyük Moğollar Dövlətinin qurucusu Babura ərə getmişdir. Onların Gülrux adlı qızı Nürəddin Məhəmməd Çakaniyani ilə ailə qurmuşdur.ÿ Paşa Bəyim və onun övladları haqqında bu maraqlı məlumatlar orta əsrlərə aid mənbələrə istinadən yazılmışdır.

Tədqiqatçı Orxan Zakiroğlunun araşdırmalarında göstərilir ki, Baharlı haqqında şərqşünas alim Henri Beveridgen də geniş bəhs etmişdir. Beveridgene görə Qaraqoyunlu dövlətinin süqutundan sonra Əlişəkər bəy Baharlının başçılığı altında Pirəli bəy, Bayram bəy, Yarəli bəy, Paşa Bəyim, nəvəsi Ibrahim bəy, dörd-beş minlik qaraqoyunlu ailəsi ilə Mavəraünnəhr hakimi Sultan Əbu Səidin yanına getməyə məcbur olmuşlar. Sultan Əbu Səidin Ağqoyunlu Uzun Həsənlə döyüşdə məğlubiyyətindən sonra da Əlişəkər bəyin övladları Teymurilərin yanında qaldılar. Sultan Əbu Səidin oğlanları Sultan Mahmud Mirzə, daha sonra Əbu Bəkr Mirzə, Teymuri Hüseyn Baykara ilə müttəfiq oldular. Xorasanda Teymurilər arasında gedən daxili çəkişmələrdən istifadə edən Pirəli bəy və onun qardaşları Baharlı tayfasının möhkəmlənməsinə çalışırdılar. Ağqoyunlu Uzun Həsən Baharlıların qüvvətlənməsindən ehtiyat etdiyi üçün Xorasan hakimi Hüseyn Baykaradan Pirəli bəy və onun qardaşlarının ona verilməsini istəsə də, rədd cavabı almışdır.

Bundan başqa, H.Beveridge Uzun Həsənin vəfatından sonra Qaraqoyunlu dövlətini bərpa etmək istəyən Baharlıların Teymuri Əbubəkr Mirzə ilə birlikdə 1479-cu ildə Sistan və Bəm yolu ilə Ağqoyunluların hakimiyyəti altında olan Kirmanı tutduqlarını yazmışdır. Bu yürüşdə Pirəli bəy, qardaşı Bayram bəy, bacısı Paşa Bəyimin oğlu Ibrahim bəy də iştirak etmişdir. Müttəfiqlər Farsı tutmaq istəsələr də, Ağqoyunlu Sultan Yaqub tərəfindən məğlub edilmişlər. Bu uğursuz döyüşdən sonra müttəfiqlər Cürcana hücum etmiş, nəticədə Pirəli bəy, qardaşı Bayram bəy, Ibrahim bəy, Əbubəkr Mirzə ilə birlikdə Hüseyn Baykaraya əsir düşmüşlər. Hüseyn Baykara Pirəli bəyin gözlərini çıxartmış, Bayram bəyi qətlə yetirmişdir. 

Nəslin məşhur davamçıları

Bir sıra tarixi mənbələrə əsasən Münəvvər Tezcan Əlişəkər bəyin oğlu Pirəli bəyin Qaraqoyunlu hökmdarı Qara Isgəndərin qızı ilə evlənməsi haqqında məlumat vermişdir. Canəli bəy Əlişəkər bəy Baharlı, Qara Isgəndərin nəvəsi, Pirəli bəyin oğludur. Canəli bəyin oğlu Seyfəli bəy Qəznə valisi idi. 

Görkəmli dövlət xadimi, şair ÿBayram xan Baharlı ÿƏlişəkər bəy Baharlının kötücəsi, Canəli bəyin nəvəsi, Seyfəli bəyin oğludur. XVIII əsrdə Əlişəkər bəy Baharlının nəslinin ən görkəmli nümayəndələri Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında rol oynamışÿBayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğluÿ Mirzə Vəli bəy Baharlıdır. 

Gənc yaşlarında yetim qalmış Bayram xan Baharlıÿailəsi ilə bərabər Bəlxə köçmüşdü. Orada dünyəvi və dini təhsil almış, hərb işini dərindən öyrənmişdi ki, bu da onun taleyini müəyyən etmişdi. O zamanın tarixçiləri qeyd edirlər ki, Bayram xan həyatsevər, şən bir igid idi. O, musiqini sevir və bu sənətin dərin köklərini bilirdi. Bayram xan ədəbiyyatı, tarixi, məntiqi gözəl bilirdi və şeir yazmaqda kamilləşmişdi. Dövrünün tanınmış alimləri, şairləri, və musiqiçiləri onunla sıx əlaqədə idilər. Bayram xana görə igidin üç ali pirinsipi olmalı idi: 1.Hakim önündə özünü yaxşı aparmaq. 2.Kasıblara, gücsüzlərə yardım etmək. 3.Alimlər arasında fikrini düzgün söyləmək.

Baharlılar soyadının Azərbaycanda yaşayan davamçıları Mirzə Haşım bəy Zərrinqələm,ÿIbrahim bəy Baharlı,ÿMirzə Ismayıl bəy Vəliyev (Baharlı),ÿMirzə Məmmədhəsən bəy Vəliyev,ÿMəhəmmədəli bəy Vəlizadə,ÿAbdulla bəy Vəlizadə,ÿNəcəfqulu bəy Vəliyev,ÿƏbülfət bəy Vəli,ÿMəhəmmədhəsən bəy Vəlili-Baharlı,ÿCabbar bəy Vəlibəyov (Baharlı),ÿZakir Məmmədov (Baharlı), Xosrov Vəliyev, Zahid Vəliyev,ÿMəhəmməd Baharlıÿvə başqalarıdır. Onlar Əlişəkər bəy Baharlının və onun soyundan olanÿMirzə Vəli bəy Baharlının nəslininÿdavamçılarıdır.

Əlişəkər bəy Baharlının sülaləsi tarixin müxtəlif dövrlərində Azərbaycanın, eləcə də Şərqin ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamışlar.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir