Elşad Abdullayev Milli Şuraya gəlir

Hazırda Fransada mühacirətdə olan, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxaq Universitetenin sabiq rektoru Elşad Abdullayev Milli Şuraya üzv olmaq istəyir. Bu barədə məlumatı KXCP sədri Mirmahmud Mirəlioğlu ictimailəşdirib. O qeyd edib ki, ABU rektoru MŞ-ə üzv olmaq üçün rəsmi şəkildə, məktubla müraciət edib. KXCP sədri sabiq rektorun müraciətini MŞ-in ilk sessiyasında səsləndirib.