Milli Şuranın Lerik şöbəsi yardıldı

Demokratik Qüvvələrin Milli Şurasının Lerik rayon şöbəsi yaradılıb. Bu barədə “Azadlıq”a məlumatı AXCP Lerik şöbəsinin sədrinin müavini Asəf Mirzəyev verib.
Onun sözlərinə görə, ötən gün müxalifət partiya üzvləri, ictimai fəallardan ibarət 15 nəfər Milli Şuranın Lerik şöbəsinin təsis olunması üçün yığıncaq keçiriblər: “Yığıncaqda yekdilliklə AXCP üzvü Firudin Qurbanov Milli Şuranın Lerik şöbəsinin sədri seçildi”.

Ramin