İran Azərbaycandakı seçkini bəyənmir

İranın «arannyus» xəbər portalı Azərbaycandakı seçki prosesini sərt tənqid edib

Iranın “arannyus” xəbər portalı Azərbaycandakı seçkilərlə bağlı tənqidi mövqe ilə çıxış edib. Müəlliflər Irandakı prezident seçkilərində yaşanan canlılıq və hərəkətliliyin Azərbaycanda heç zaman müşahidə olunmamasına diqqət çəkirlər. Bunun səbəbi kimi Azərbaycan xalqının seçki sisteminə inanmaması göstərilir. Müəlliflərə görə, xalq seçkinin nəticələrinin necə olacağını öncədən bildiyi üçün hərəkətlilik göstərmir.
Müəlliflərə görə, rəsmi Bakı iki il öncə Konstitusiyaya üçüncü dəfə seçkilərdə iştirak etmək müddəası salmasaydı, xalq arasında canlanma ola biləcəyi proqnozunu verir.
Onlara görə, indi xalq bu dəyişikliklə Ilham Əliyevin iqtidarının ömrünü uzatdığını, bu tezliklə iqtidar olmaqdan əl çəkməyəcəyini, seçkilərinsə bu ölkədə demokratiya iddiası və gözdən pərdə asmaq olduğunu qeyd edirlər.
Seçkiyə toxunan agentlik Iranda səsvermə başa çatana qədər heç kim seçkinin nəticəsini bilə bilmədiyini deyir. Namizədlərin bərabər və ədalətli şəkildə milli tele-radiodan pulsuz istifadə etmələrinə diqqət çəkir.    
Azərbaycanda isə iqtidarın müxalif namizədlərə kifayət qədər məhdudiyyətlər qoyduğu, hakim partiya ilə bərabər şəkildə mübarizə imkanlarından məhrum edildikləri önə çəkilir.
Iran portalı yazır ki, Azərbaycan əhalisi müsəlman olsa da, islamçıların prezidentliyə namizədlik hüququ tanınmır. Halbuki, Islam Partiyasının həbsdə olan sədri və prezidentliyə namizədi Mövsüm Səmədovun dəstəklənməsi üçün 120000 imza toplanıb. Xəbər portalı bu baxımdan Azərbaycan müsəlmanlarına Iranda prezident seçkilərləri ilə bağlı Azərbaycandakı seçkiləri müqayisə edə bilmək təklifi səsləndirir.