Hulusi Kılıç “Petkim”də vəzifə aldı

Türkiyənin Azərbaycandakı keçmiş səfiri ARDNŞ-ə məxsus şirkətin İdarə Heyətində

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç “Petkim” şirkətində vəzifə alıb. Şirkətin rəsmi saytında keçmiş səfirin adı İdarə Heyəti üzvləri sırasına əlavə edilib. H.Kılıçla bağlı məlumatda onun Petkim Petrokimya Holdinqlə və holdinqə bağlı başqa qurumlarla əlaqəsinin olmadığı, İdarə Heyətində müstəqil üzv kimi görəv aldığı qeyd olunub.
Məsələnin Azərbaycan oxucuları üçün maraqlı tərəfi ondan ibarətdir ki, Petkim şirkətini ARDNŞ alıb. Azərbaycanda fəaliyyət göstərmiş xarici ölkə səfirlərinin diplomatik vəzifədən sonra Azərbaycana bağlı şirkətlərdə, əsasən də ARDNŞ vasitəsilə, iş tapması isə yeni xəbər deyil.