Tanınmış şair AXCP-ya üzv oldu

Bəxtiyar Hidayət: “Bu gün ölkədə ən prinsipial, mübariz, fəaliyyətində ardıcıl partiya kimi AXCP-ni görürəm”

Tarix də, reallıq da sübut edir ki, haqq uğrunda mübarizə aparanlar, ədalətli ölkədə yaşamaq istəyənlər cəmiyyətin rəğbətin qazanır və görkəmli insanlar öz dəstəyini bu adamlardan əsirgəmir. Bugünlərdə şair Bəxtiyar Hidayət də AXCP sıralarına qoşulmaq qərarına gəlib. Bəxtiyar Hidayət “Azadlıq”a açıqlamasında bildirdi ki, həmişə mübarizənin ön sıralarında olub, ancaq heç bir partiyada təmsil olunmayıb. Bu gün isə AXCP-də olmağa qərar verib: “Düşünürəm ki, tək mübarizə aparmaqla böyük qələbəyə nail olmaq mümkün deyil. Bu gün ölkədə ən prinsipial, mübariz, fəaliyyətində ardıcıl partiya kimi AXCP-ni görürəm və onun sıralarında mübarizə aparmaq istəyirəm. Öləkədə digər müxalifət təşkilatları da var. Mən bütün demokratik qüvvələrin ”Milli Şura”da birləşməsini istəyirəm. Bu gün ən çox basqılara məruz qalan, ən çox hakimiyyətin repressiya maşınına tuş gələn və bununla belə rejimlə mübarizədə geriyə çəkilməyən AXCP-nin sıralarında sıravi üzv olmağı borc bilirəm. Bütün qələm dostlarıma, ziyalı insanlara səslənmək itəyirəm ki, mübarizəyə qoşulun, artıq vaxtdır. Inanıram ki, birlikdə qələbəyə nail olacağıq”- deyə Bəxtiyar Hidayət bildirdi.

İlham Hüseyn