“Russia Today” studiyasında baş verənlər Putini təəccübləndirib (video)

Russia Today telekanalının ərəb versiyası tamaşaçıları ilə yanaşı Rusiya prezidenti Vladimir Putini də təəccübləndirib. Youtube-də yerləşdirilən rolikdə görünür  ki, studiyada xəbərlər buraxılışı zamanı tank və təyyarə peyda olur. Aparıcı İsrail təyyarələrin hücumu haqda danışarkən böyük ekran fonunda qırıcılar onun üzərindən uçur, daha sonra isə bombardımana başlayır. Partlayış və tüstüdən sonra aparıcı üst-başını çırpıb digər mövzuya keçir. Bu zaman Suriyanın dağıdılmış küçələrindən çıxan tank studiyaya daxil olur və atəş açır. Russia Today-də buna «3D-xəbərlər» deyirlər. Yeni studiyanın açılışına qatılan Rusiya prezidenti Vladimir Putini isə gördüklərindən təsirləndiyini deyib. 

 

 azadlıq.info