AXCP yetkililəri Ağstafada saxlanılıb

Polislər Əbülfəz Qurbanlı ilə Asəf Quliyevi Gəncəyə kimi aparıb orada sərbəst buraxıblar

AXCP sədrinin müavini Asəf Quliyev və Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı iyunun 15-də Ağstafada saxlanılıb. Onlar rayona partiyanın yerli şöbəsinin müşavirəsində iştirak üçün gediblər. Lakin polislər onları saxlayıb. Bu barədə xəbəri “Azadlıq”a Əbülfəz Qurbanlı verib.
O, bildirib ki, Qaxaxda AXCP Gənclər Komitəsinin yerli şöbəsinin yaradılması ilə bağlı tədbirdə iştirak ediblər. Tədbirin başa çatmasına az qalmış əraziyə polis gəlib. Onlar cəbhəçilərə bildirib ki, icra hakimiyyətinin razılığı olmadığı təqdirdə onlar rayonda hər hansı toplantı keçirə bilməcəyəklər. AXCP yetkililəri Qazaxı tərk edərək Ağstafaya gediblər. Rayona daxil olanda polislər onları saxlayıb. Əbülfəz Qurbanlının sözlərinə görə, onları Gəncəyə qədər polis rəisinin müavininin maşınında gətirərək orada sərbəst buraxıblar.