Azərin Zaur Qurbanlıya azadlıq isətyir

Azərbaycanın əməkdar artisti, müğənni Azərin Bakı İstintaq Təcridxanasında saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlını dəstəkləyən bəyanatla çıxış edib. “Turan” agentliyinin məlumatına görə, Azərin Zaur Qurbanlının həbsdən buraxılmasını istədiyini bəyan edib.
Azərin KİV-də yayılmış məlumatlara “Facebook”da münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Azərin yazıb ki, bütün yaradıcılıq fəaliyyəti müddətində dövlətimizin, millətimizin maraqlarına mənədiyyətin dili ilə xidmət edib, xalqın səsini dünyaya çatdırmağa çalışıb: “Bu gun Zaur Qurbanlı adlı bir gəncin anasının müsahibəsini oxudum. Bu müsahibədən anladım ki, bu insan xəstədir. Bu ciddi xəstə olan gəncin həbsdə olduğunu oyrəndim. Hansı motivlə həbs edildiyi, siyasi fikirlərinin başqa olduğu mənim diqqətimi çəkmədi. Çünki, mənim üçün orada xəstəliyindən dolayı yardıma ehtiyacı olan bir insandan bəhs edilir.  Ona görə də bu insanın tezliklə azadlığa buraxılması arzumu Facebook statusumda dilə gətirdim. Bu qədər insancıl duyğuma siyasi mahiyyət qatmağı isə olduqca qərəzli hesab edirəm. Bəylər və xanımlar, mən siyasətçi yox, sənətçiyəm – dövlətini, millətini sevən müğənni”.
Azərin hamını onu siyasi məsələlərə alət etməməyə çağırıb.