Rəhim Qazıyev Turqut Ərə cavab verdi

Sabiq müdafiə naziri Rəhim Qazıyev Tükiyənin Bakıdakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ərin ittihamlarına cavab verib. Rəhim Qazıyevin Turqut Ərə cavab yazisini bəzi ixtisarlarla təqdim edirik: “Təxminən iki il öncə mənə, ”Türkiyəli diplomat” olduğu  deyilən Turqud Ər adli birisinin “Azadliqdan tiranliğa” adli kitabini verib dedilər ki, bu müəllif  də kitabinda ünvanima xeyli ittihamlar yazib.
Həmin kitabda  mənim barəmdə yazilan və olmuş həqiqətlər kimi oxuculara təqdim olunan şər-böhtanlarla taniş olduqdan sonra, Turqut Ərin özü ilə əlaqə yaratmaq, onunla birbaşa yazilanlar haqqında və öz barəmdə danişmaq qərarina gəldim. “Diplomat”in  mobil telefonunun nömrəsini əldə edib, onunla birbaşa danişaraq, kim olduğumu və məqsədimi açiqladim.
Ünvanima uydurulmuş yalanlari olmuş həqiqətlər kimi yazan bu “diplomat”, təbii ki, məni tanimir.  Hansi maraq xatirinəsə uzun illər dövri mətbuatda ünvanima deyilən, yazilan böhtanlarin bir qismini həqiqət kimi qəbul edərək, yuxarida adini qeyd etdiyim kitabina daxil edən Turqut Ərin bu yalnişliğini ona anlatmaq üçün onunla skayp vasitəsi ilə 2 saat 35 dəqiqə danişib bütün verdiyi suallari cavablandirdim Bu danişiğimiz həm onun, həm də mənim tərəfimdən video lentə alindi. Həmin 2 saat 35 dəqiqəlik debatdan sonra Turqut  Ər, adina layiq olaraq, həmin debatdan Hazırlanan ətrafli və geniş materialin “Azadliq” qəzetində dərc olunacağini əminliklə bildirdi. Çox təəssüflər olsun ki, Turqud Ərlə mənim aramda baş tutan 2 saat 35 dəqiqəlik debatdan “Azadliq” qəzetində cəmisi bir səhifə yarim material dərc olundu.  
Mənim Turqut Ərlə debatimin oxuculara əhatəli təqdimatinin kimlərinsə xoşuna gəlmədiyini (əslində mənim ünvanima uydurulmuş yalanlari olmuş həqiqətlər kimi Turqut Ərə ötürənlərin -R.Q.) çox yaxşi dərk edirdim. Elə bu səbəbdən də mənim Turqut Ərlə debatimin videoyazisini, üç hissəyə bölməklə, bir kəlməsini belə ixtisara salmadan “Youtube”də,  yerləşdirdim.
Bu məktubu isə mənim yazmağima səbəb “Azadliq” qəzetinin 09.06.2013 tarixli sayinda, Turqut Ərin “Hər kəs Milli Şuraya sahib çixmalidir? başliqli yazida mənim fikirlərimi oxuculara təhrif olunmuş şəkildə çatdirmasi cəhdi oldu. Konkret olaraq Turqut Ər qeyd edir: ”Başqa heç kim bu kitabda yer alan yazilara etiraz etməyib və edə də bilməz? Sonra qara yağli hərflərlə qeyd edilir: “Rəhim Qazıyev mənə dedi ki, Dağliq Qarabağin 6 rayonunu Heydər Əliyev verib?
Müxbirin “Keçmiş Müdafiə naziri Rəhim Qazıyev də?” sualina Turqut Ər cavab verir: “Bəli, Rəhim Qazıyev də, sadəcə məndən xahiş etdi və bildirdi ki, bilgiləndirmək üçün səninlə görüşmək istəyirəm. Iki gün ”Azərbaycan saati” proqraminin redaksiyasinda skaypla görüşümüz oldu”.
Turqut Ərin “Azadliq” qəzetinin həmin sayinda dərc olunan,  2 saat 35 dəqiqəlik debatdan, mübtədasi xəbəri həlli olmayan, belə qərəzli cümlələrini oxuyandan sonra, bu “qüdrətli diplomat və qələm sahibi” ilə yenidən telefon əlaqəsi yaratdim. Lakin ona verdiyim suallarimin, söylədiyim faktlarin qarşısında aciz qalib, gah nala, gah mixa vurmağa məcbur olan Turqut Ər telefonu qapatdi. Ona ardicil və müxtəlif nömrələrdən vurduğum çoxsayli telefon zənglərinə də cavab vermədi.
Cənab Turqut Ər, hər halda sənədli kitab yazmaği qarşısına  məqsəd qoyan hər bir namuslu insan düşünməlidir ki, o, ən azi bu kitabi oxuyanlar və kitabda adlarini hallandirdiği insanlar qarşısında məsuliyyət daşiyir. Bazar söhbətlərini kitaba yazib, onu millətə olmuş həqiqətlər kimi təqdim etmək  maraqli və bəlli qüvvələrin ajanliğini yapmaqdi və millətə xəyanətdir.
Cənab Turqut Ər, mənim sizinlə video debatim var. Əgər kitabda yazdiqlarina etiraz etməmişəmsə, bəs onda skaypla 2 saat 35 dəqiqə mən sizinlə nə barədə danişmişam?
Bu qədər yalan danişmaq, şərin və şeytanin qulluğunda duraraq məsum insanlara böhtan ataraq, həmin böhtanlari cəmiyyətə həqiqət adina sirimaq nə diplomat kimi titulunuza, nə yazar kimi missiyaniza, nə də bir insan kimi şəxsiyyətinizə yaraşir. Cənab Turqud Ər, Sizə çox-çox eyiblər olsun!!!”