Molla rejimi nümayişçiləri gözyaşardıcı qaz atəşinə tutdu
Dünən Iran müxalifəti Tehran küçələrinə axışıb. Nümayişçilər “Ya Hüseyn, Mirhüseyn” şüarları səsləndirib. Təhlükəsizlik qüvvələri etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Polislə müxalifət təmsilçiləri arasında toqquşma yaşanıb. Yaranmış qarşıdurmada xəsarət alanlar barədə dəqiq məlumat verilməyib. Lakin aksiyada iştirak edən şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində onlarla insan ağır dərəcəli bədən xəsarəti alıb. ABŞ dövlət katibi Hillari Klinton Iran hökumətini müxalifətə qarşı zorakılığa görə kəskin tənqid edib. Dövlət katibi insan haqlarının pozulması halları ilə bağlı Iranı şəffaflıq nümayiş etdirməyə çağırıb.