Fikrət Cəfərli
KXCP-də fəaliyyət göstərən Demokratik Birlik Fraksiyasının həmtəsisçisi
Milli Şuranın təsis olunması ilə hakimiyyətin müxalifətdəki peykləri gərəkən anda vəzifələrini yerinə yetirmək üçün yaman hərəkətə gəliblər. Milli Şura hələ fəaliyyətə başlamamış, sturuktur və fəaliyyət konsepsiyasını elan etməmiş başlayıblar onun oriyentirində probilem axtarmağa. Hakimiyyətin koridorlarında dolaşan dostlarımız Milli Şura işinə başlamamış ona ləkə yaxmaqla əslində, öz üzərlərinə rəngi bəlli ləkələr yaxırlar. Görünür, hakimiyyət Milli Şuranın onun üçün böyük təhlükəyə çevrilməsindən narahat olduğundan, mixalifətdəki peyikləri vasitəsilə qurumun əleyhinə kampaniya aparmağa tələsik tapşırıqlar verib.
Milli Şuranın Rusiyanın proyekti olduğunu iddia edənlər bir az səbr etsələr, bu qurumun xalqın, millətin sosial sifarişindən, birlik çağrışlarından mayalanan proje olduğunu görəcəklər. Bizim bir xalq olaraq necə yaşayağacağımıızı hələ 95-il əvvəl Müstəqil Azərbaycan dövlətinin banisi M.Ə.Rəsulzadə və onun komandası Avropa xalqlarının yaşam tərzinə uyğunlaşmaqda görüblər və bizlər də onların davamçıları kimi o istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Bu məsələdə süni əndişəyə düşənlər də heç narahat olmasın. Bu gün Milli Şura modelinin əleyhinə heç bir əsası olmayan ittihamlar irəli sürənlərə məsləhət görərdim ki, dünyada gedən qloballaşma, demokratikləşmə prosesini diqqətlə izləsinlər. Diktatura rejimlərinə malik hakimiyyətlərin beynalxaq aləmədə təhlükə olduğunu artıq hamı anlayıb və onların getməsi üçün demokratik cəmiyyət uğrunda mübarizələrə siyasi dəstək verməyə hazırdırlar.
Gündəmin mövzüsü Milli Şuranın nəyə nail olub-olmadığı yox, milləti bu ideyanın ətrafında necə birləşdirmək olmalıdır. Bu gün millətini, dövlətini düşünən, özünü demokrat sayan hər bir vətəndaş xalqını, millətini, dövlətini bir qrup rüşvətxor, korrupsioner ünsürdən qurtarmaq üçün cəmiyyətin Milli Şura ətrafında birləşməsinə çalışmalıdır və fəaliyyət istiqamətini ona kökləməlidir.