Türkmənistanda Abdulla Gülə at bağışladılar

Türkmənistanda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gülə at hədiyyə edilib. Səfər vaxtı ölkə prezidenti Qurbanqulu Berdımuhammədovla birlikdə idman kompleksində olan Abdulla Gül burada bir müddət yerli çaparların şousuna baxıb. Daha sonra ərazidəki çadırda ölkə rəhbərləri arasında ikitərəfli görüş keçirilib. Görüşdən sonra Berdımuhammədov qonağa at bağışlayıb.

Məlumata görə, Berdımuhammədov Ahal Təkə cinsindən olan “Arkadaş” adlı atı əvvəl özü minərək sınaqdan keçirib.