Günün ulduz falı (28.05.2013)

Qoç
Vacib işlərlə məşğul olun. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Sevindirici hadisə baş verəcəyi ehtimal edilir. Axşam saatlarında dostlarla birlikdə əylənin.
Buğa
Səbrli olun. Gün baş gicəlləndirən uğurlar vəd etmir. Istədiyinizə nail olmaq üçün müəyyən zaman keçməlidir. Boş söhbətlərdən uzaq olun. Yeni tanışlıq üçün də münasib gün deyil. Sevdiyiniz şəxsin sizin diqqətinizə ehtiyacı var.
Əkizlər
Vacib xəbər eşidəcəksiniz. Daxil olan informasiya üzündən prinsiplərinizə yenidən nəzər salacaqsınız. Şəxsi müstəvidə sizi narahat edən məsələlər ikinci planda qalacaq. Qiymətli əşyanı itirmək təhlükəsi də var.
Xərçəng
Intellektual səviyyəniz yüksələcək. Təhsildə uğur gözlənilir. Bəzək aksesuarlarını almaq üçün uğurlu gündür. Xüsusilə də parlaq rənglərə üstünlük verin. Bu gün həllini gözləyən məsələlərin öhdəsindən yaxşı gələcəksiniz. Yeni pərəstişkarlarınız olacaq.
Şir
Yeni ideyalarınızı hamı ilə paylaşmayın. Çünki ünsiyyət dairənizdə qəlbi qara adamlar da var. Hamını özünüz kimi bilməyin. Bu saflığınızdan istifadə edə bilərlər.
Qız
Xırda problemlərin yaşanacağı gündür. Maliyyə çətinlikləri də qaçılmazdır. Əgər plansız alış-verişdən, bahalı əyləncədən uzaq dursanız, bu çətinliyi dəf edə bilərsiniz. Bu gün ciddi fiziki yük məsləhət görülmür.
Tərəzi
Özünüzə daha çox vaxt ayırmaq niyyətiniz olacaq. Sıxlıq olan mühitlər sizə görə olmayacaq. Maddiyyata bağlı həll edilməsi lazım olan işlərinizi reallaşdıracaqsınız.
Əqrəb
Çətin gündür. Planlaşdırmadığınız xərcləmələr olacaq. Yeni ideyaları tez reallaşdırmaq istəyi sizi yanlış addımlar atmağa vadar edəcək. Şəxsi müstəvidə situasiyanı düzgün qiymətləndirə bilməyəcəksiniz. Sizin kəskin danışığınız ailə üzvlərinizi incidəcək.
Oxatan
Işdə diqqətinizi toplaya bilməyəcəksiniz. Başınız ev işlərinə və şəxsi qayğılara qarışıb. Bu səbəbdən, hətta gündəlik işinizin də öhdəsindən gəlmək asan olmayacaq. Həmkarlarınız və müdiriyyətlə aranızda problemlərin olacağı da istisna deyil.
Oğlaq
Bu gün çox kəskin danışığınızla düşmən qazana bilərsiniz. Xüsusilə də bu gün qadınlarla dil tapa bilməyəcəksiniz. Yaxşı olar ki, bu gün maliyyə məsələlərinin həllilə məşğul olmayasınız.
Dolça
Gün ciddi uğurlar vəd etmir. Amma əhval-ruhiyyənizi korlayacaq hadisə də baş verməyəcək. Keçmiş, amma hələ də unuda bilmədiyiniz sevgilinizlə qarşılaşmaq ehtimalı var. Pulu qənaətlə xərcləməyi öyrənsəniz, pis olmaz.
Balıqlar
Qarışıq gündür. Indiyədək təxirə saldığınız məsələlərdən biri yenidən gündəmə gələcək. Sizin üçün dəyərli insanlarla ünsiyyət zamanı həssas, diqqətli olun. Səhhətinizə fikir verin.