Ən böyük britaniyalı

Ədəbiyyat üzrə Nobel mükafatı alan siyasətçi

Uinston Çörçil: «Mən Yaradanla görüşə hazıram. Başqa məsələdir ki, Yaradan mənimlə görüş kimi ağır sınağa hazırdırmı?»

Londonda parlamentin qarşısında heykəl dayanıb. Enli paltolu və əlində əl ağacı olan kök, yöndəmsiz adam yoldan keçənlərə baxır. Heykəldə onda artıqlaması ilə olan titul və ordenlərinin heç biri yoxdur. Sadəcə bir söz yazılıb: “Çörçil”. Böyük Britaniyada keçirilən sorğu nəticəsində bu adam tarix böyu ən böyük britaniyalı hesab olunub. Kommunist mətbuatında bəzən Uinston Çörçilin Stalin haqqında söylədiyi müsbət fikirlər, hətta Yalta konfransında onun qarşısında necə farağat dayanması barədə dedikləri yer alırdı. Əslində isə bütün bunlar yalan idi. Kommunizm və Stalinlə ədavəti olan Çörçil heç vaxt belə bir söz deməyib. Onun kiminsə qarşısında farağat durmasından isə söhbət belə gedə bilməzdi. Çörçilin həyatında belə bir hadisə, ümumiyyətlə, baş verməyib.

Oxumağı sevməyən… istedadlı jurnalist

Gələcək baş nazir Uinston Leonard Spenser Çörçil 1874-cü ilin noyabrın 30-da Malboro hersoqunun oğlu Randolf Çörçilin ailəsində doğulub. 7 yaşında imtiyazlı məktəbə göndərilən Uinstonun ilk gündən oxumaq həvəsi olmayıb. Üstəlik o, məktəbin qaydalarına əməl etməyi ləyaqətinə sığışdırmırdı. Hətta o dövr məktəblərdə tətbiq edilən çubuqla döyülmə də onu ram edə bilməyib. Kollecə daxil olanda isə o, imtahan üçün nəzərdə tutulan iki saatda bir neçə işarə yazmaqla kifayətlənib. Buna baxmayaraq atasının səyləri hesabına kollecə daxil ola bilir. Ancaq Uinstonun təhsilə marağı əvvəlki səviyyədə qalır, universitetə qəbul olmağı isə heç ağlından da keçirmir. Bununla belə o, fenomenal yaddaş sahibi olub. Şekspirin pyeslərindən böyük parçaları əzbərləyən gələcək baş nazir arada müəllimlərinin səhvlərini də düzəldir. Kollec tələbələrinin əməl etməli olduğu qaydalara məhəl qoymayan Çörçil çətinliklə kolleci başa vurub üçüncü cəhddən süvari hərbi məktəbə daxil olub. Atları sevməyən Çörçilin bu sahəni seçməsi orada əlavə fənlərin tədris edilməməsi ilə bağlı idi. Digər bir üstünlüyü isə təhsilin cəmi il yarım davam etməsi idi. Gənc Çörçil müharibəyə tələsirdi. Suvari məktəbəi bitirəndən sonra Çörçil leytenant rütbəsi ilə qusar polkuna xidmətə göndərilir. Həmin dövrdə Kubada ispanların yatıra bilmədiyi milli-azadlıq hərəkatı baş qaldırır. Məzuniyyət götürən Çörçil hərbi əməliyyat zonasına yollanır. Ancaq hərbçi kimi yox, Ingiltərənin “Deyli qrefik” qəzetinin müxbiri kimi. Bütün həyatı boyu Uinston Çörçil hadisələrin mərkəzində olmağa üstünlük verirdi, ancaq döyüşçü kimi yox. Məsələ heç də qorxaqlıqda deyildir. Kubada Çörçil təhlükəyə məhəl qoymadan nadir soyuqqanlılıq nümayiş etdirir. Yanında ispan əsgər öldürülür, o isə melonxalik tərzdə deyir: “Sənə güllə atırlar və hədəfdən yayınırlar – həyatda heç nə adamı bu qədər ürəkləndirmir”. Sadəcə olaraq gələcək baş nazirin hərbi intizamdan zəhləsi gedirdi. Kubada Çörçil siqar və roma maraq oyanır. Bu vərdiş həyatının sonuna qədər onu müşayiət edəcək. Hətta Ikinci Dünya Müharibəsi zamanı onun üçün Kubadan siqarlar gətirilirdi. Kubada Çörçil özünü istedadlı jurnalist kimi qələmə verir. Özü də məqalələrində özünü tərifləmək fürsətini də əldən vermir. Bu daha çox onun Hindistandan yazdığı məqalələrində özünü göstərib. Oxucularda elə təəssürat yarana bilərdi ki, üsyana qalxan puştu tayfaları Çörçilin çağırışından sonra sakitləşib. Ingilis-bur müharibəsindən bəhs edən məqalələrində isə özünü əsl milli qəhrəman kimi qələmə verirdi.

Proqnozları doğrulan siyasətçi

Belə özünüreklamdan sonra o, namizədliyini irəli sürür və 26 yaşında Mühafizəkarlar Partiyasından parlamentə seçilir. Altı il sonra hökumətin tarif qanun layihəsinə etiraz əlaməti olaraq Mühafizəkarlar Partiyasından çıxaraq Liberal Partiyasına üzv olur. Ancaq 1920-ci illərində əvvəlində o yenidən Mühafizəkarlar Partiyasına qayıdacaq. Hələlik isə liberalların qələbəsindən sonra Çörçil Müstəmləkələrlə iş üzrə nazirin müavini olur. Iki il sonra o, Ticarət Nazirliyinə keçir və iş günün qısaldılması, minimal əmək haqqının, işsizliyə görə sığortanın müəyyən edilməsi kimi mütərəqqi tədbirlərin tərəfdarı kimi çıxış edir. Qısa müddət sonra Çörçil gizli müşavir rütbəsi alır. Artıq həmkarları onu “möhtərəm centlmen” deyə çağırırdı.   
Parlamentdə olduğu beş il müddətində Çörçil əvvəlcədən əzbərlədiyi parlaq nitqləri ilə yadda qalır və ictimaiyyəti inandıra bilir ki, yalnız o, ölkəni iqtisadi böhrandan çıxara bilər.
Həmin dövrdə onu fərqləndirən şəxsi keyfiyyətləri üzə çıxdı – ağıl, mülahizələrin müstəqilliyi, sarsılmaz iradə,  doğruluğa əminlik və cəmiyyətin siyasi quruluşuna baxışlarda mühafizəkarlıq. Məsələn, daxili işlər naziri olarkən o, tətil edən dəmiryolçuları sakitləşdirmək üçün düşünmədən əsgərləri göndərir. Iki anarxistin həbsi üçün isə o, eyni vaxtda polis dəstəsi, yanğınsöndürən, şotland qvardiyası və yüngül artelleriya göndərir. Penitensiar sistemdə islahatlar həyata keçirən Çörçil qadınların səsvermə hüququna neqativ yanaşır. Kabinetdəki həmkarlardan biri onu hətta tirana bənzədib. Bunu demək üçün isə əsaslar da var idi. Sözdə demokratik prinsipləri rəhbər tutan Çörçil əslində demokratiyaya qara qəpik qədər dəyər vermirdi. Çörçil iddia edirdi ki, “seçici ilə beş dəqiqəlik söhbət demokratiyaya qarşı əsas arqumentdir”. Özü də Çörçilin öncəgörmə qabiliyyəti də var idi. Məhz o məşhur aforizmin müəllifidir: “Siyasətçi sabah, bir həftə, bir ay və bir il sonra baş verənləri öncədən görməlidir. Sonra isə bunun nəyə görə baş vermədiyini izah etməlidir”. Maraqlıdır ki, onun bütün proqnozları özünü doğruldurdu. 1938-ci ildə Münhendən qayıdan baş nazir Nevil Çemberlen “uzun müddətə” sülhü təmin etdiyini deyəndən Çörçil daha bir öncə görmə ilə çıxış edir: “Avropa qaranlığa qərq olur”.

Ədəbiyyatçı Çörçil

Ölkənin müstəmləkələrə çəkdiyi xərclərdən yaxa qurtarmasında, Böyük Britaniyanın dəniz donanmasının təkmilləşdirilməsində, tankların hazırlanmasında (ilk tanka onun adı verilib), Ikinci Dünya Müharibəsində Dumanlı Albionu qoruyacaq aviasiyanın inkişafında Çörçilin böyük xidmətləri olub. O, kommunizmin dünya üçün təhlükə olduğunu ilk dilə gətirənlərdəndir. Çörçil inadla Sovet Ittifaqına qarşı hərbi müdaxiləni tələb edirdi. O israr edirdi ki, “Bolşevizm – siyasət deyil, xəstəlikdir, bu, məslək yox, taundur”. Sonralar Çörçil faşizmi də kəskin tənqid edirdi.
Gözlənildiyi kimi Birinci Dünya Müharibəsi başa çatandan sonra Çörçil hökumətdəki vəzifəsini və parlamentdəki yerini itirdi. Zarafatca özünü “vəzifəsiz, mandatsız, partiyasız” adlandıran Çörçil bir müddət ədəbiyyatla məşğul olur və bu sahədə böyük uğurlar əldə edir. Kitab satışından kifayət qədər pul əldə edən Çörçil 1953-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı alır.

“Soyuq müharibənin atası”

Ikinci Dünya Müharibəsindən əvvəl Çörçil demək olar ki, təkbaşına Almaniyanın “sakitləşdirilməsi” siyasətinə qarşı çıxırdır. Çörçil həmvətənlərini inandırmağa çalışırdı ki, “sülh yaradan o kəsdir ki, timsahı – bəlkə onu sonuncu yedi ümidi ilə yedirdəndir”. Əlbəttə ki, müharibə başlanan kimi Böyük Britaniyanın baş naziri və müdafiə naziri postuna məhz Uinston Çörçil təyin edilir. Müharibə illərində o, gündə 18 saat çalışır və ətrafındakılardan da bunu tələb edirdi. Çoxları bu ağırlığa dözmürdü. Müharibə illərində Çörçil müttəfiqlərin birliyinin möhkəmlənməsi üçün əlindən gələni edirdi. Müharibə sona yaxınlaşanda isə o Ruzveltə, sonra isə Harri Trumenə “ruslarla mümkün qədər şərqdə” görüşməyi təklif etdi. Bununla o, Sovet Ittifaqının Mərkəzi Avropa iddialarının qarşısını almağa çalışırdı. Təəssüf ki, onun bu xəbərdarlığına məhəl qoyan olmadı.
Daim ruh yüksəkliyində olan baş nazir qələbəyə ümidini də itirmirdi. London növbəti dəfə bombardman ediləndə isə o, parlamentdən yayımlanan canlı radioreportajda nikbinliklə ucadan qışqırır: “Ancaq yaxşı xəbər də var. Onlar yenə də parlamenti vura bilmədi!”. 1945-ci ilin mayın 8-də qələbə xəbərini vermək üçün baş nazirin iqamətgahının balkonuna çıxan Çörçil əsgərlərin onun şənişə “Xeyirxah yaxşı oğlan” mahnısını oxuduğunu görür. Almaniya üzərində qələbədün sonra Çörçil milli qəhrəman sayılırdı. Bununla belə qədirbilən britaniyalılar Çörçili istefaya göndərir. 1945-ci il seçkilərində Mühafizəkarlar Partiyası məğlub olur. Ancaq Çörçil siyasi səhnədən getmir. 1946-cı ildə Fulton şəhərindəki (ABŞ) çıxışında o, ilk dəfə olaraq “dəmir pərdə” ifadəsini işlədir. Çoxları bu çıxışı “soyuq müharibə”nin elanı kimi qiymətləndirir. Sadəcə olaraq Çörçil hamıdan əvvəl “qitəyə dəmir pərdənin asıldığını” deyir.
1951-ci ildə Çörçil yenidən siyasi fəaliyyətə qayıdır və baş nazir seçilir. Lakin dörd il sonra səhhəti ilə əlaqədar istefaya getməyə məcbur olur.

Siqar və viski – formada qalmaq üçün…

Aktiv siyasi fəaliyyətdən aralanan Çörçil vərdişlərindən əl çəkmir. Keçmiş baş nazir dinləyicilərini əmin edirdi ki, “formada qalmaq üçün sakitlik, yaxşı yemək, günə beş-altı siqar (əslində 8-10, bəzən 15 siqar çəkirdi), üç-dörd qədəh viski və idmandan kənar durmaq lazımdır”. Televizora baxmayan Çörçil onu “axmaqlar üçün fənər” adlandırırdı. Əvəzində altı cildlik “Ikinci Dünya Müharibəsi” kitabını yazır, bir neçə gözəl rəsm əsəri çəkir. Bundan əlavə o, kərpiclə hörmə ilə məşğul olur və donuz saxlayırdı. Ondan donuzçuluğa marağının nədən yarandığını soruşanda Çörçil cavab verir: “Mən donuzları sevirəm. Itlər bizə aşağıdan yuxarı baxır. Pişiklər bizə yuxarıdan aşağı baxır. Donuzlar bizə özlərinə tay kimi baxır”. Ingiltərə cəmiyyətində pul barədə danışmaq doğru hesab olunmur. Ancaq Çörçil üçün belə məhdudiyyə yox idi. O, siqarlarına çəkdiyi xərci, kazinoda udduğu pulların məbləğini açıqlamağı sevirdi. Hətta onun rolunu oynayan aktyordan bu rola görə aldığı qonorarın məbləğini öyrənəndən sonra “bu pula öz özümü daha yaxşı oynayardım” demişdi.
Həyatının sonuna qədər o, siqar çəkmək və konyak içməkdən imtina etmirdi. Jurnalistlərlə söhbətində isə deyir: “Gənclikdə özüm üçün qayda qoymuşdum – nahara qədər dilimə spirtli içki vurmurdum. Indi daha gənc deyiləm, səhər yeməyinə qədər spirtli içki qəbul etmirəm”.
Maraqlıdır ki, belə bir həyat tərzi sürən şəxs 90 il yaşayıb. Dözülməz xarakteri isə sona qədər dəyişməyib. Ölümündən əvvəl dediyi sözlər də bunu təsdiqləyir: “Mən Yaradanla görüşə hazıram. Başqa məsələdir ki, Yaradan mənimlə görüş kimi ağır sınağa hazırdırmı?”.
Onun ölümü Britaniya tarixində bütöv bir eranın sonu idi.

Fizzə