Avropanın ən nüfuzlu klub turnirinin qalibi məlum oldu. Londonun «Uembli» stadionunda iki alman klubu, «Bavariya» və «Borussiya» üz-üzə gəldi. Oyunda hesabı açan tərəf «Bavariya» oldu. 60-cı dəqiqədə Mario Mancukiç fərqləndi. Lakin 7 dəqiqə sonra «Borussiya» penalti vurmaq hüquqi qazandı və İlkay Gündoğan hesabı bərabərləşdirdi. 89-cu dəqiqədə isə Arien Robben «Bavariya»nın qəbəbə qolunu vurdu.
azadliq.info