Ərdoğan Kılıçdaroğludan 1 milyon təzminat istəyir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Ərdoğan CHP liderindən onu Suriya diktatoru Bəşər Əsədlə eyniləşdirdiyi, “ikisi də repressivdir, qatildir” deməsinə görə 1 milyon lirəlik (təxminən 500 min manat) təzminat tələb edir.
Ərdoğan bunu Avropa Birliyinin prezidenti Herman van Rompuyla görüşdən sonra keçirdiyi mətbuat konfransında Kılıçdaroğlunun bənzətməsi ilə bağlı suala cavabında deyib. Baş nazir bildirib ki, CHP lideri ilə polemikaya girmək fikrində deyil, çünki qarşısında “Türkiyə Cümhuriyyətinin baş nazirinə o cür həqarət edə biləcək” birisini görmür. Ona görə də lazımi cavabı vəkilləri hüquqi müstəvidə verəcəklər.