Qafqaz Müsəlmanlar Idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyaya gedir. QMI-dən APA-ya verilən məlumata görə, mayın 25-də başlanacaq səfərdə Şeyx əvvəlcə Qroznıda Çeçenistanın ilk prezidenti Ahmat Kadırovun xatirəsinə həsr olunmuş “Islam sülh və quruculuq dinidir” adlı Beşinci Yubiley Beynəlxalq Xeyriyyə Forumunda iştirak edəcək.
Forum başa çatdıqdan sonra, mayın 27-də Pyatiqorskda “Moskva Ruhanilər Bəyannaməsi əsasında islam, cəmiyyət, dövlət” adlı Beynəlxalq Teoloji Konfrans açılacaq və Şeyx burada iştirak edəcək. Konfrans Rusiya Islam Razılığı Assosiasiyası (RIRA) tərəfindən keçirilir.
Şeyxin səfər çərçivəsində Rusiyanın bir sıra dini və siyasi rəsmiləri ilə görüşü də gözlənilir.


