“Azadlıq”dan xalqa çağırış

“Azadlıq”ın susdurulmasına imkan verməyin!

Əziz oxucu, dəyərli vətəndaş, “Azadlıq” qəzeti zorla susdurulur!  Bizi həbslərlə, işgəncələrlə, təqiblərlə qorxuda və susdura bilmədilər, amma on minlərlə manat cərimələr, “Qasid” firmasının satışdan gələn pullarımızı verməkdən imtina etməsi bizi dayanmağa məcbur edir. Bu, çox ağırdır və təhlükəlidir.
Azərbaycan hakimiyyəti demokratiya və azadlıq, ədalət və rifah istəyən insanların sonuncu informasiya mənbəyini susdurmaq istəyir.
Artıq ikinci aydır ki, “Azadlıq”ın bank hesablarına həbs qoyulub və əməkdaşlar maaşsız işləyir. Bizi bu da dayandırmır. Amma texniki xərcləri ödəmək üçün lazımi vəsait olmadığından çox çətin vəziyyətdə qalmışıq.
“Azadlıq”ı ona görə susdurmaq istəyirlər ki, bu qəzet oğlu günahsız öldürülən anaların, şərlənən siyasətçilərin,  ruhanilərin, etiraz edən gənclərin, haqqı alınan sadə  vətəndaşın yeganə nəfəsliyi – tribunasıdır. Siz də bir addım atın, yardım edin, “Azadlıq”ın susdurulmasına, hakimiyyətin  xalq üzərində meydan sulamasına imkan verməyin!

Beynəlxalq Bankın Yasamal filialı kod 805142
SWIFT: IBAZAZ2X
Əmirov Faiq Səmidxan oğlu: 33882018403146388216